Müdafiə naziri sevgilisini hərbi təyyarədə manikürə göndərdi
News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın müdafiə naziri Andrey Belousovun sevgili olduğu iddia edilən Mariya Şalayevanı 100 milyon dollarlıq hərbi yük təyyarəsi ilə manikür proseduruna göndərdiyi iddia olunub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “The US Sun” məlumat yayıb.
İddiaya görə, Belousovun sevgilisi 23 yaşlı Mariya Şalayeva Müdafiə Nazirliyinin “İlyuşin-76” təyyarəsi ilə Rostov-na-Dona aparılıb.
Şalayeva sosial şəbəkədə etdiyi paylaşımda "Kim deyir ki, təyyarələr Rostova getmir, gedirlər, amma hamı üçün yox. Kremldən bir nəfərlə münasibətim var. Etibarlılıq səviyyəm 200 faizdir" yazıb.
Onun daha sonra sildiyi bu paylaşımı ilə müdafiə nazirinə işarə etdiyi iddia olunub.
Bu hadisə Kremldə ciddi təhlükəsizlik narahatlığına səbəb olub. Kremldəki hərbi mənbələr belə məlumatların Qərb kəşfiyyat agentlikləri üçün əhəmiyyətli üstünlük yarada biləcəyinə diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 İyul 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















