Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərlə bağlı məlumat yaydı
Icma.az, Moderator.az saytına istinadən bildirir.
2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.
Moderator.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.
Həmçinin, hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.
Baxış sayı:57
Bu xəbər 29 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















