Icma.az
close
up
RU
Müdafiə Nazirliyindən 143 milyon oğuluq işi daha bir maliyyəçi zabit hakim qarşısında

Müdafiə Nazirliyindən 143 milyon oğuluq işi daha bir maliyyəçi zabit hakim qarşısında

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı istintaqa cəlb olunanlardan biridir.

Tribunainfo.az xəbər verir ki, prosesdə şahid qismində Soltan Soltanlı ifadə verib. Soltan Soltanlı bildirib ki, Vahid Novruzlu onun bacanağıdır: “Mənə dedi ki, qardaşım Almaniyadan pul göndərməlidir. Mən də hərbi qulluqçuyam, istəmirəm ki, kartıma pul gəlsin. Buna görə də mən də bank rekzivitlərimi ona göndərdim. Pulu nağdlaşdırdım və Beyləqana gələndə ona verdim. Həmin məbləğdən mənə pul çatmayıb”.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, onun kartına Vahid Novruzlu üçün pul göndərilib: “Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulun miqdarı təxminən 2-3 min manat arası olardı”.

Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, kartına göndərilən pul 3 min 155 manat olub. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Digər şahid Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu bacısının həyat yoldaşıdır: “Mənim kartına 3 min 917 manat pul gəlib. Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulu kimin göndərdiyini əvvəlcədən bilməmişəm. Dedi ki, kartına pul gələcək, çıxarıb mənə verərsən. Mən pulu verəndə soruşdum ki, bu nə puldur. Dedi ki, qardaşım xaricdən göndərib”.

Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu onu hərbi hissədə qazanxanada işə düzəldib. Onun sözlərinə görə, əməkhaqqı müqaviləsi ilə işləyib, 400 manata yaxın əməkhaqqı alıb. Sualları cavablandıran şahid deyib ki, onun Vahid Novruzlunun 340 min manat mənimsəmə işindən xəbəri olmayıb, bu barədə istintaqa çağırılan zaman xəbər tutub. Şahid Eşqin Həsənov bildirib ki, hazırda hərbi hissələrdən birində maliyyə xidmət rəisinin köməkçisi işləyir. 2018-ci ildən xidmətə başladığını deyən şahid qeyd edib ki, əvvəl Vahid Novruzlu ilə birgə xidmət edib. Eşqin Həsənov bildirib ki, Vahid Novruzlu ilə ortaq tanışları olan Şaiq Bayramovun bank kartının rekvizitləri onlarda olub: “Həmin karta köçürülən pulu Şaiqdən Beyləqanda görüşən zaman aldım və işə gələndə Vahid Novruzluya verdim. Ondan bu pulun nə pul olduğunu soruşdum. Dedi ki, qardaşım Almaniyadan göndərib. Həmin vaxt pulu saysam da, hazırda məbləği xatırlamıram”.

Bu səbəbdən Eşqin Həsənovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olub ki, 2633 manat olub. Şahid həmin ifadəsini təsdiqləyib.

Digər şahid Füzuli Ələkbərov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin mühasibi işləyib: “Vahid Novruzlunu tanışım Elşən Salamovun vasitəsilə tanımışam. Mənim kartına 3 min manat pul gəldi. Mən də həmin pulu çıxararaq Elşənə vermişəm. Münasibətimiz yarandığı üçün mənim kartına dəfələrlə pul gəlib, mən də həmin pulu çıxararaq Elşənin kartına atmışam. Elşəndən həmin pulun nə pul olduğunu soruşmamışam. Vahid Novruzlu ilə tanışlığım əvvəllər olmayıb. Onu Elşən vasitəsilə tanımışam. İki dəfə oturub çay içmişdik”. Daha sonra hakim bir neçə şahidin adını çəkib və onların məhkəməyə gəlmək istəmədiklərini deyiblər. Hakim tərəflərdən həmin şahidlərin barəsində hansı tədbirin görülməsini soruşub. Təqsirləndirilən şəxsin vəkili onların gəlməsini istəməyib. Təqsirləndirilən şəxsin özü də vəkili ilə razı olub. Bildirib ki, həmin şahidlərin istintaq verdikləri ifadələrin oxuyub, onların dedikləri ilə razılaşıb. Yerində müşavirə keçirən hakimlər həmin şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul ediblər. Hakim Fikrət Əliyev bildirib ki, qərar icra olunması üçün şahidlərin yaşayış yeri üzrə Ağcabədi Rayon Polis Şöbəsinə göndəriləcək. İttihama görə, təqsirləndirilən şəxs xidməti dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib. Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakin təqsirləndirilən şəxs tamah məqsədilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxsləri ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848 min 338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. Bununla yanaşı, o, daha sonra 381 min 755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına köçürərək, mənimsəyib.

Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır.

İttihama görə, o, 2024-cü ildə üzrlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə qayıtmayıb. Qeyd edək ki, “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub. İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti – Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.

Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub. Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də DTX-nin vəsatəti əsasında həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar.Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri