Icma.az
close
up
RU
“Bu işi görənlər azadlıqdadır” Müdafiə Nazirliyindən 143 milyonluq oğurluq işi

“Bu işi görənlər azadlıqdadır” Müdafiə Nazirliyindən 143 milyonluq oğurluq işi

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin apellyasiya şikayətlərinə baxılır.

Musavat.com xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə Cəlal Kazımov vəsatətlə çıxış edib.

O bildirib ki, bu işlərin əsas iştirakçısı Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi olmuş Rafail Xələfov olub.

Cəlal Kazımov həmçinin Maliyyə və Büdcə İdarəsinin əvvəlki rəisi olmuş, general Namiq Poladov və Maliyyələşmə şöbəsinin rəisi Süleyman Abbasovun günahkar olduqlarını deyib.

O, Rafail Xələfov, Namiq Poladov və Süleyman Abbasovun məhkəməyə şahid qismində çağırılmasını və dindirilməsini istəyib.

Hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, hazırda apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılır. Buna görə vəsatətdə qeyd olunan şəxslərin çağırılaraq dindirilməsi mümkün deyil.

Sonra Cəlal Kazımov qeyd edib ki, işinə apellyasiya məhkəməsində düzgün baxılmasını istəyir:

“Mən 3 il 1 aydır həbsdəyəm. Amma bu işi görənlər azadlıqdadır. Əsl günahkarlar kənarda qalıblar. 102 hərbi hissədə bir həftə maliyyə yoxlamaları aparıldı, ekspertiza rəyləri verildi. Belə bir araşdırmanın aparılması heç yerdə görünməyib. Mənə mənimsəmə ilə bağlı irəli sürülən məbləğ tamamilə şişirdilib. Mən bu vətənin əsgəri olmuşam. 1993-cü ildən hərbi xidmətdə olmuşam. 18 yaşımdan günüm “adboy”, “padyom”da keçib. İstirahət etmək vaxtım gəlib çatmışdı ki, həbs etdilər”.

Daha sonra Bayram Bayramovun vəkili Tahir Şamxalov müvəkkilinin komandirlərinə pul verməsi ilə bağlı istintaqa göndərilən sorğunun nəticəsiylə maraqlanıb.

Bayram Bayramov hələ əvvəlki instansiyada yeni cinayət barədə məlumat verərək, bir neçə hərbçini ittiham etmişdi. O, mənimsəmə kimi göstərilən pulların xidmət etdiyi ordu korpusları və hərbi hissələrin komandirlərinin tapşırığı ilə onların şəxsi xərclərinə sərf edildiyini iddia etmişdi.

Hakim isə bildirib ki, apellyasiya şikayətinə məhkəmə istintaqı ilə aparılmadığı üçün bu məsələyə münasibət bildirilmir.

Hakim əlavə edib ki, gələcəkdə şikayətə məhkəmə istintaqı ilə aparılması zərurəti yaranarsa, o zaman bu məsələyə baxılması mümkün olar.

Təqsirləndirilən Vüsal Əlizadə dəlillər üzrə çıxış edib. O, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını, cəzasının yüngülləşdirilməsini istəyib.

General Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər. Bundan başqa, digər təqsirləndirilən şəxslərin də vəkilləri apellyasiya şikayəti veriblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.

İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş edib. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Növbəti proses aprelin 7-də davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri