Icma.az
close
up
RU
Müdafiə olunan Ukraynanın ərazi bütövlüyü Türkiyənin Krımla bağlı xatırlatması ANALİZ

Müdafiə olunan Ukraynanın ərazi bütövlüyü Türkiyənin Krımla bağlı xatırlatması ANALİZ

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabah ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının olacağı gözlənilir. Bu onlar arasında sayca ikinci danışıq olacaq. Onların müzakirə edəcəyi mövzular kifayət qədər olsa da, heç şübhəsiz aktual məsələ Ukraynada atəşkəsə nail olmaqdır.

Qeyd edək ki, ABŞ-nin yeni siyasi kursunda atəşkəs atəşkəs rejiminin tətbiqi həm də Ukraynanın hazırkı cəbhə xəttinin dondurulması, bu müddətdə ərazinin bir hissəsinin Rusiyanın nəzarətində qalması ilə barışmasıdır.

Bu fonda regionda söz yiyəsi olan Türkiyənin bəyanatı maraq doğurub. Ötən gün Türkiyənin Xarici İşlər Nazirliyi Krım yarımadasının ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayaraq, bunu beynəlxalq hüququn pozulması olaraq qiymətləndirib. Sənəddə Ankaranın bu durumu qəbuledilməz hesab etdiyi, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyi qeyd olunub:

“Krım tatar türklərinin durumu başda olmaqla yarımadadakı vəziyyət yaxından izləməyi və mövcud prosesləri beynəlxalq ictimaiyyətin gündəmində saxlayacağıq".

Xatırladaq ki, Donald Tramp Rusiya ilə Ukrayna arasında atəşkəs rejiminin tətbiq edilməsi ideyasını açıqlayandan sonra bir sıra görüşlər keçirilib. ABŞ-Rusiya nümayəndə heyətinin Ciddə, İstanbulda danışıqları, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ evdə Donald Trampla qalmaqallı görüşü, ardınca ABŞ-Ukrayna nümayəndə heyətinin Səudiyyə Ərəbistanında bir araya gəlməsi, Trampın Zelenskinin yenidən Ağ evə dəvət etməsi, ABŞ prezidentinin Rusiya və Ukrayna ilə danışıqlar üzrə xüsusi nümayəndəsi general Kit Kelloqun Moskvada mövzu ilə bağlı danışıqlar aparması kimi hadisələr baş verib.

Moskva onu “həddindən artıq ukraynayönümlü” sayır. Buna görə də Donald Tramp bu generalı Rusiya üzrə xüsusi nümayəndə statusundan azad edərək ona yalnız Ukrayna ilə danışıqlar aparmaq mandatı verib.

Amerikalılarla ukraynalıların görüşündən sonra tətbiq edilən bütün qadağalar aradan qaldırılıb.

Ukrayna ilə ABŞ nümayəndələrinin atəşkəslə bağlı razılaşmasından sonra əslində Rusiyanın da bir gün sonra adekvat reaksiya verməsi gözlənilirdi. Ancaq bu baş vermədi. Həmin görüşdən üç gün sonra Vladimir Putin “ammalarla” dolu şərtlərini irəli sürdü.

Bununla paralel Kurskda Ukrayna ordusu döyüş tapşırığını yerinə yetirərək çıxdığına dair məlumatlar da yayıldı. Bu baxımdan Putin Kiyevə qarşı mindən çox ukraynalı əsgər və hərbçilərin əsir düşəcəyi barədə “blefi” baş tutmadı. Çünki Zelenski hərbçilərinin ərazini tərk etdiklərinə dair bəyanat verdi. Rusiya iddia edirdi ki, ukraynalılar Kurskda “tam fiziki blokada vəziyyətindədir. Onları yalnız iki yolu olacaq: təslim olmaq və ya ölmək”.

ABŞ prezidenti rusiyalı həmkarının bəyanatına qısa şərh verərək, “ümidverici, ancaq natamam” adlandırıb. O, Rusiyanın “düzgün işlər görəcəyinə ümid etdiyini bildirib”.

Donald Tramp onu da vurğulayıb ki, Rusiya atəşkəsə razılaşmayıb, hərbi əməliyyatları davam etdirərsə, ona qarşı “dağıdıcı” sanksiyalar tətbiq ediləcək: “Bu, Rusiyaya üçün çox pis olacaq. Bunu sülhə nail olmaq istəyirəm”.

Əsas məsələ, Ukraynanın ərazi bütövlüyü və suverenliyidir. Atəşkəs rejim perspektivdə bu amilə xidmət etməyəcəksə, onda bütün cəhdlər vaxt itkisindən savayı bir nəsnə deyil.

Belə görünür ki, Ukrayna Krım da daxil olmaqla Rusiyanın ilhaq və işğal etdiyi torpaqları atəşkəsdən, təhlükəsizliyinə beynəlxalq təminat aldıqdan sonra gələcəkdə diplomatik yollarla qaytarmaq niyyətindədir.

ABŞ-nin dövlət katibi Mark Rubio ehtimal edir ki, sülhə nail olmaq üçün ilkin mərhələ atəşkəs, ikinci isə vasitəli diplomatiyanın yardımı ilə ümumi danışıqların aparılmasıdır.

Rusiya isə ilhaq və işğal etdiyi əraziləri geri qaytarana oxşamır, yaxud bu barədə açıqlama belə vermir. Əksinə, həmin torpaqların beynəlxalq miqyasda tanınmasına çalışır. Ancaq Azərbaycan da daxil olmaqla beynəlxalq ictimaiyyət Ukraynanın ərazi bütövlüyü və suverenliyi tərəfdarıdır.

Rusiya üçün döyüş meydanından da çətin diplomatik danışıqlar başlayacaq. Çünki Şimali Koreya, İran və başqa tərəfdaşlarının hərbi qüvvə, texnikasından istifadə edərək cəbhədə üstünlüyə nail olublar. Ancaq diplomatiya sahəsində ona tərəfdaşları, müttəfiqləri yardım edə bilməyəcək.

Danışıqlarda üç tərəf olacaq – Ukrayna, ABŞ və Rusiya. Moskvaya bu yolla Ukrayna torpaqlarını əldə saxlamaq çətin olacaq. Çünki Kiyevə NATO-nun qapısını bağlayırlar. Moskva isə bu məsələni əlində bayraq etmişdi. İndi ondan da imtina edilir. Atəşkəs təklifindən sonra Rusiya cavab verməyə vaxtı çox az olduğu üçün seytnota duşmuşdü.

Vladimir Putinin “nüanslarla” dolu açıqlamasından da bu görünür. Rusiya Ukraynanın kapitulyasiya etməyi hədəfləmişdi. Ancaq bu baş vermir. İndi o geri başlanğıc nöqtəyə dəvət ediləcək. Qayıtsa bir problem, qayıtmazsa min bir çətinliklə üzləşəcək. Belə qənaətə gəlmək olar: ABŞ Rusiyanı əcəb işə, tələyə salıb.

Bunu Qərbin RF-ni təxribata sövq etməsi kimi də yozmaq olar. Bütün hallarda ölkə iqtisadiyyatına milyardlarla dollar məbləğində dəyən ziyan, minlərlə insanın ölümü, milyonlarla sakinin qaçqın, köçkün vəziyyətinə düşməsi, sənaye obyektlərinin, energetika stansiyalarının dağılması, xarabazara çevrilməsi, bir etnosun nümayəndələrinin bir-birinə düşmən kəsilməsinin, kilsələrinin ayrılmasının və başqa bu kimi bədbəxt hadisələrin baisi bu müharibədir.

Belə güman etmək olar ki, Prezident Vladimir Putin amerikalı həmkarı Donald Trampla dialoqu da daha çox özünə haqq qazandırmaqdan başlayacaq...

Sədrəddin Soltan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Mart 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri