Icma.az
close
up
RU
Müdafiə və təhlükəsizlik xərclərimiz ARTIR Gələn ilin dinamikası...

Müdafiə və təhlükəsizlik xərclərimiz ARTIR Gələn ilin dinamikası...

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Regionda təhlükəsizlik mühitinin sürətlə transformasiya etdiyi, hərbi-siyasi risklərin və kiber təhdidlərin daha dinamik xarakter aldığı bir zamanda Azərbaycanın 2026-cı il dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitin nəzərəçarpacaq dərəcədə artırılması sadəcə rəqəmlərin böyüməsi yox, ölkənin təhlükəsizlik strategiyasının yeni mərhələyə keçdiyinin göstəricisi kimi qəbul edilir.

Postmünaqişə reallıqları həm yeni imkanlar yaradır, həm də əlavə risklər formalaşdırır ki, bu da müdafiə konsepsiyasının daha geniş istiqamətləri əhatə etməsini zəruri edir. Elə bu səbəbdəndir ki, Milli Məclisdə aparılan müzakirələrdə təhlükəsizlik xərclərinin büdcədə 20 faizdən artıq payla təsbit olunması, Azərbaycanın dövlətçilik kursunun əsas prioritetlərini göstərən siyasi siqnal kimi dəyərləndirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, 2026-cı il büdcəsi müdafiə və milli təhlükəsizlik istiqamətində ciddi maliyyə güclənməsini nəzərdə tutur.

Onun sözlərinə görə, layihədə nəzərdə tutulan 8 milyard 714,8 milyon manatlıq xərc paketi (büdcənin 20,9 faizi) ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, daxili sabitliyin qorunması və regionda yaranan yeni təhlükəsizlik çağırışlarına adaptasiya baxımından strateji rol oynayır.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan bu gün regionun aparıcı güc mərkəzlərindən biridir. Lakin möhkəm mövqenin qorunması üçün təhlükəsizlik sahəsinə yatırımların davamlı olması vacibdir,” – deputat vurğulayıb.

Arzu Nağıyev bildirib ki, müasir təhlükəsizlik yanaşması təkcə sərhədlərin müdafiəsi ilə məhdudlaşmır:

“Bugünkü reallıqda informasiya müharibələri, kiberməkanda müdafiə sədlərinin gücləndirilməsi, enerji və kommunikasiya infrastrukturunun etibarlı qorunması, ictimai sabitlik və daxili nizam-intizam əsas prioritetlərə çevrilib".

Arzu Nağıyev: Azərbaycan artıq yalnız idxal edən yox, ixrac edən ölkədir

Komitə sədrinin sözlərinə görə, 2026-cı il büdcəsində bu sahəyə ayrılan vəsait kiberhücumlara qarşı dayanıqlığın artırılması, sərhəd mühafizəsinin texniki bazasının yenilənməsi, xüsusi xidmət orqanlarının müasir avadanlıqlarla təchiz olunması və fövqəladə hallar strukturlarının imkanlarının genişləndirilməsi üçün real maliyyə əsasları yaradır.

O müdafiə sənayesinin inkişafına da xüsusi diqqət çəkib:

“Azərbaycan artıq yalnız idxal edən deyil, bir sıra istiqamətlərdə müdafiə məhsulları ixrac etmək imkanına malik ölkəyə çevrilir. Yerli istehsalın güclənməsi isə milli texnoloji resurslarımızın yüksəlişinə şərait yaradır".

Deputat təhlükəsizlik xərclərinin mahiyyətinə toxunaraq əlavə edib:

“Təhlükəsizlik – iqtisadi inkişafın, sosial rifahın və dövlətin davamlılığının fundamental sütunudur. Təhlükəsizlik zəifləyərsə nə sabitlik, nə də tərəqqi mümkündür. Bu vəsaitlər dövlət üçün əlavə yük deyil, xalqın sabit və təhlükəsiz gələcəyinə yönəlmiş sərmayə kimi qiymətləndirilməlidir".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri