Icma.az
close
up
RU
Müdrik lider, böyük strateq, qalib sərkərdə

Müdrik lider, böyük strateq, qalib sərkərdə

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cağdaş beynəlxalq münasibətlər sisteminin reallıqları göstərir ki, dövlətin uğurları, inkişafı və qlobal səviyyədə ehtiramla qarşılanması ona rəhbərlik edən şəxsin siyasi keyfiyyətlərindən əhəmiyyətli dərəcədə asılıdır.

Bu baxımdan Azərbaycanın 1993-cü ildən sonrakı tarixi güclü siyasi liderlərin dövlətin taleyindəki rolu  barədə ətraflı fikir yürütməyə imkan verir.

Məhz Heydər Əliyev 1993-cü ildə xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan bütün problemlərdən xilas oldu, müstəqilliyimizin itirilməsinin qarşısı alındı.

Ulu Öndər görkəmli siyasi xadimi kimi dövlətimizin etibarlı təməllərini yaratdı, inkişaf yollarını müəyyən etdi. Dövlətimiz qarşısındakı xidmətlərinə görə Heydər Əliyev xalqımızın Ümummilli Liderinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin müdirkliyi, şəxsiyyətinin böyüklüyü və siyasi uzaqgörənliyi həm də onda idi ki, siyasi kursunun varisliyini, güclü dövlətçilik təliminin ardıcıllığını da layiqincə təmin etdi. 2003-cü ilin prezident seçkilərindən bir qədər əvvəl Ulu Öndər xalqımıza müraciətində həmvətənlərimizi cənab İlham Əliyevii dəstəkləməyə çağıraraq demişdi: 

“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. 

Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin oktyabrın 15-də keçirilmiş prezident seçkilərində xalqımızın yüksək etimadını qazanaraq öz missiyasına başlayan Preziden İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə həyata keçirməyə başladı.

Təsadüfi deyil ki, cənab İlham Əliyevin seçkilər öncəsi xalqa verdiyi vədlər vaxtından da tez yerinə yetirildi, sosial-iqtisadi inkişafla bağlı  qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirildi. Cənab İlham Əliyev 2008, 2013, 2018 və 2024-cü ildə keçirilən prezident seçkilərində də xalqımızın etimadına layiq görüldü. Təbii ki, hər bir seçkidəki qələbənin kökündə mühüm siyasi və iqtisadi amillər dayandı.

Bu baxımdan ötən 22 ilin reallıqları göstərir ki, möhtərəm İlham Əliyevin hər bir prezidentlik dövrü Azərbaycanın müasir müstəqillik tarixinə möhtəşəm uğurların yazılması ilə əlamətdar olub. Ötən 22 il ərzində Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirərək, onun qarşısında dayanan hədəflərə çatmasını təmin edib. 

Vaxtilə Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində həyata vəsiqə alıb.Cənab İlham Əliyev həm də “Cənub Qaz Dəhlizi”nin yaradılmasına nail olmaqla Heydər Əliyevin enerji siyasətini yeni mərhələyə yüksəldib, regionun enerji xəritəsinə ciddi dəyişikliklər edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyi müzakirələrində aparıcı mövqeyə malik dövlət kimi tanınır. 

Bununla yanaşı, Azərbaycan həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi əsas coğrafi məkandır. Bu gün respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərindəki iştirak səviyyəsi bir daha Prezident İlham Əliyevin müdrik siyasətindən, respublikamızın milli maraqlarını layiqincə təmin etməsindən xəbər verir.

Bütövlükdə, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq bütün dünya Azərbaycan regionun aparıcı dövləti kimi tanınır. Respublikamızhəm də beynəlxalq münasibətlər sisteminin söz sahibiolan üzvüdür. Bunu Azərbaycanın beynəlxalq problemlərin həllində yaxından iştirakı, mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfələrməsi də təsdiq edir.

Dünyada tolerantlıq ünvanı kimi tanınan ölkəmiz cənab Prezident İlham Əliyevin xidmətləri sayəsində həm də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanına çevrilib. Bütövlükdə Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm inkişaf, yüksəliş və uğurlar dövrüdür. Bu inkişaf və əldə edilən uğurlar ilk növbədə dövlətin və xalqın milli maraq və mənafelərinin təmin olunmasına xidmət edib.

Onu da vurğulayım ki, Prezident İlham Əlyivin respublikamıza müdrik rəhbərliyinin ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır.

Dövlətimizin başçısı artıq həllini tapmış Qarabağ problemi ilə bağlı aparılmış danışıqlarda hər zaman prinsipial mövqe tutdu, bütün təzyiqlərə sinə gərdi, heç bir güzəşt təşəbbüsünü yaxına buraxmadı. Buna görə xalqımız hər zaman inanırdı ki, cənab İlham Əliyev mütləq torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək.  

Xalqımızın bu inamı Vətən müharibəsində reallığa çevrildi. Həm 44 günlük Vətən müharibəsinin, həm də bir günlük anti-terror əməliyyatlarının qələbə ilə başa çatması Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunun nəticəsidir.

Bütün bunlar təsdiq edir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə respublikamız bundan sonrada bütün hədəflərinə layiqincə çatacaq. Bu yolda vəşərəfli missiyanın həyata keçirilməsində isə cənab Prezident İlham Əliyevə uğurlar arzu edirik.

Səbinə Salmanova,
Milli Məclisin deputatı

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see368

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see361

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see356

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see349

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see343

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see299

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see273

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see269

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see260

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see255

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see238

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see234

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see234

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see228

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see227

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see217

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see215

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see203

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see199

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri