Müəllim 6 şagirdi evə aparıb xadimə kimi işlətdi FOTO/VİDEO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Türkiyənin İzmir şəhərində müəllim dərs zamanı qız şagirdləri yığaraq evinə aparıb və mənzilində onları xadimə kimi işlədərək ev işləri gördürüb.
Bizim.Media xəbər verir ki, Bornova rayonunda yerləşən məktəbdə türk dili və ədəbiyyatı müəllimi işləyən D.T. məktəb rəhbərliyinin və valideynlərinin xəbəri olmadan dərs saatlarında 16 yaşlı altı qız şagirdləri məktəbdən çıxarıb.
Şagirdlərin təhlükəsizlik kameralarından kənar bir nöqtədə şəxsi avtomobilə mindirilərək müəllimin yeni köçdüyü evə aparıldığı iddia edilib.
Valideynlərin şikayətlərinə görə, şagirdlər bütün günü müəllimin evində işləməyə, qutu daşımağa, əşyaları yığmağa və təmizlik işləri görməyə məcbur ediliblər.
İstintaq sənədlərinə daxil edilmiş görüntülərdə döşəmədə siqaret və spirtli içki butulkaları diqqət çəkib. Müəllim barəsində inzibati araşdırma başlayıb. Onun işdən çıxarıldığı bildirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















