Icma.az
close
up
RU
Müəllim, öyrədən, ustad Hamlet Hüseynov 70

Müəllim, öyrədən, ustad Hamlet Hüseynov 70

Icma.az, Sia Az saytına istinadən bildirir.

Həyatını gənc nəslin tərbiyəsinə, elmin inkişafına, təhsilin təkmilləşməsinə həsr edənlər Ulu Tanrının seçim etdiyi insanlardır- alimlə qısa müddətli ünsiyyəti 40 illik ibadətdən üstün tutan, alimin qələminin mürəkkəbinin şəhid qanına bərabər olduğunu qeyd edən Peyğəmbərimiz də bu insanlara hörmətlə yanaşmış, onların işini müqəddəs peşə kimi dəyərləndirmişdir. Həyatını bu sahəyə həsr edənlər, işləri ilə yaşayan bu insanlar Tanrı müsafirləri kimi öz üzərlərinə düşən missiyanı yaxşı anlayır və onun öhdəsindən şərəflə gəlməyi həyat devizinə çevirməyi bacaran şəxsiyyətlər olurlar. Pedaqoji təhsil alıb "müəllim" adını çoxları qazansa da yalnız az sayda adamlar "müəllim", "öyrədən", "ustad" olurlar, bu şərəfli missiya az adama qismət olur.

Həyatının 40 ilini bu şərəfli işə, müqəddəs peşəyə həsr edən insanlardan biri də 70 yaşı tamam olan Hamlet Bəkir oğlu Hüseynovdur.

H. Hüseynov 1955-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Qədim Borçalı mahalının Başkeçid rayonunun Saatlı kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə Saatlı kənd orta məktəbində oxumuş, 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil almışdır.
Həyatına riyazi dəqiqliklə yanaşan, gələcəyini dəqiq hesablamalar üzərində quran Hamlet müəllimin şərəfli həyat salnaməsi təyinatla müəllimliyə başladığı və 1975-1978-ci illərdə işlədiyi Lerik rayonundan başlanır.

1978-1985-ci illərdə o müəllimlik fəaliyyətini Bakı şəhəri Sabunçu rayonunun 113 və 198 saylı orta məktəblərində davam etdirmişdir.

Yalnız tədris etdiyi fənlərin sirrlərini öyrənmək, onu şagirdlərə çatdırmaqla kifayətlənməyən Hamlet müəllimin elmi araşdırmalara marağı riyaziyyatın tədrisində yeni təkliflərlə çıxış etmək istəyi, tədqiqat aparmaq arzusu onu müqəddəs neft məbədinə- Azərbaycan Dövlət Neft və Sənaye İnstitutuna gətirdi. "Ali riyaziyyat" kafedrasında laborantlıqdan başlanan yeni həyat salnaməsi onu elmin zirvəsinə-dosentliyə qədər yüksələn yolunun xəritəsini cızdı-müəllimliyə ruhən bağlı olan Hamlet müəllim laborant olan vaxtlarda da orta məktəb şagirdləri ilə bağlılığını saxlamış, uzun müddət repititorluqla məşğul olmuş, riyaziyyatın sirlərini gənc nəsilə aşılamaqda böyük işlər görmüşdür.

1998-2001-ci illərdə İnstitut rəhbərliyinin ona göstərdiyi etimada əsasən hazırlığ fakültəsinin dekanı işləmişdir- İnstitutun tələbə kontingentinin artımında bu fakültənin xidmətləri böyük olmuşdur-ayrı-ayrı şəhər məktəblərində və müxtəlif bölgə məktəblərində onun təşəbbüsü ilə keçirilən görüşlər İnstituta tələbə axının çoxalmasına gətirib çıxarmışdır.

H.Hüseynovun xeyli müddət keçmiş İttifaq miqyasında yaradılan əlillər üçün fakültənin fəaliyyətində də rolu böyükdür-tədrisin təşkili, bu uşaqlar üçün dərs vəsaitinin hazırlanması, onların yetkin şəxsiyyət kimi formalaşması üzrə onun təklifləri maraqla qarşılanmışdır-fakültəyə və bu uşaqlara bağlı olan Hamlet müəllimə tələbələr görən gözləri, yeriyən ayaqları, danışan dilləri, düşünən beyinləri kimi baxmışlar. Hamlet müəllim yalnız onların tədrisi ilə deyil, həm də onların məişət ləri ilə maraqlanmış, onların asudə vaxtlarının yaxşı təşkil olunması üçün tədbirlər planı hazırlamış, onları respublikanın bütün bölgələrinə səyahətlərini təşkil etmişdir.

Tədrisi təkmilləşdirmək, onu ən yüksək dünya standartları səviyyəsinə qaldırmaq arzusu üzərində çalışan Hamlet müəllim 1996-cı ildə pedaqoji sahə üzrə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Müdafiə vaxtı Şuranın bəzi üzvləri onun dissertasiyasının əhəmiyyətini, təkliflərinin novatorluğunu nəzərə alaraq ona iki ixtisas üzrə- pedaqoji və defektologiya üzrə elmi dərəcə verilməsini təklif etmişdirlər.

H.Hüseynov 2002-ci ildən "Ali riyaziyyat" kafedrasının dosentidir.

H.Hüseynov 2013-cü ildən Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda direktor vəzifəsində çalışır. 1972-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılmış bu İnstitut 1996-cı ildən ADNA-nın tabeliyinə verilmişdir və onun tərkibində qanunvericiliyin tələblərinə uyğun onun struktur bölməsi kimi fəaliyyət göstərir. Son 10 il ərzində İnstitutun dinləyicilərinin sayı ildən ilə artmaqdadır-burada yerli tələbələrlə yanaşı qonşu Rusiya, Gürcüstan, Orta Asiya respublikalarından olan neft və digər sahələr üzrə şirkətlərin əməkdaşları ixtisasartırma kursları keçirlər. İxtisasartırma və əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensilanın inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daimi dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin, sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. İnstitutun təşəbbüsü ilə ADNSU-nun professor-müəllim heyəti tərəfindən müxtəlif istiqamətli test tapşırıqları və digər yoxlama ölçmə materialları hazırlanır, bu da dinləyicilərin obyektiv qiymətləndirilməsinə kömək edir.
2016-2024-cü illər üzrə İnstituta qəbul olanların sayı illər üzrə dəyişmişdir( 257,236,340, 453, 436,346,464,552,444)-bu il təkrar ali təhsil üzrə əyaniyə 246 nəfər daxil olmuşdur. 2019-2025-ci illər üzrə məzunların sayı da(62, 196,187,335,315,228,254) müxtəlif olmuşdur. Hal-hazırda İnstitutda 1503 nəfər təhsil alır.
İnstitutda son illər pedaqogikanın və psixologiyanın tədris olunması dünya standartlarına cavab verən üstünlük hesab oluna bilər. İnstitutun təşəbbüsü ilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, metodik vəsaitlər və proqramların hazırlanması müsbət qiymətləndirilməlidir.

Həyatının 40 ilini ADNSU-ya həsr edən Hamlet müəllimin ailəsi də bu qocaman neft məbədi ilə bağlıdır- onun həyat yoldaşı Zeynəb xanım və qızı Vüsalə Universitetin "İqtisadiyyat" fakültəsini, oğlu Vüsal isə "Qaz neft-mədən" fakültəsini bitirmişlər-qızı və oğlu atalarının estafetini davam etdirmişlər-Vüsalə ADNSU-nun doktornatı olmuş, burada namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisadiyyat üzrə fəlsəfə doktorudur, Kapital Bankda baş mütəxəssis işləyir. Vüsal ADNSU-da müdafiə etmiş, texnika üzrə fəlsəfə doktorudur, Neft-qaz elmi-tədqiqat layihə İnstitutunda şöbə müdiri vəzifəsində çalışır-Vətən müharibəsində könüllü iştirak etmiş, qazidir.

H.Hüseynov İnstitutun ictimai-siyasi həyatında fəal iştirak edir, 80-ci illərdə Milli azadlıq hərəkatının fəallarından olmuş, 90-cı illərdə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə bağlı təbliğat kompaniyasının iştirakçılarındandır, Yeni Azərbaycan Partiyasının yaradılmasının təşəbbüskarlarından biri olmuş, 93-cü ildən bu partiyanın üzvüdür.

Dərs dediyi tələbələrin, çalışdığı kafedra əməkdaşlarının, rəhbərlik etdiyi qurumun işçilərinin, İnstitut dinləyicilərinin dərin hörmətini qazanan Hamlet Hüseynovun keçdiyi həyat yolu hər bir ziyalı üçün örnək olan həyat salnaməsidir. 70 yaşı münasibətli ilə ADNSU rəhbərliyinin ona ünvanladığı təbrikə biz də qoşularaq Hamlet müəllimi yubiley münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar, yeni elmi nailiyyətlər, sağlam həyat arzulayırıq. Müəllim olması ilə fəxr edən, həyatını bu şərəfli və müqəddəs peşəyə həsr edən insan Tanrının rəğbət bəslədiyi varlıqdır...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:600
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Noyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri