Icma.az
close
up
RU
Müəllimin stavkası 24 saata qaldırılmalı, yarımştat maaş verilməlidir TƏKLİF

Müəllimin stavkası 24 saata qaldırılmalı, yarımştat maaş verilməlidir TƏKLİF

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Məktəbəqədər hazırlıq qrupları formal xarakter daşımamalıdır. Bu mərhələ I sinif kimi tanınmalı və ümumi təhsilin ilk pilləsi hesab olunmalıdır. Bu yanaşma erkən yaşlardan sistemli təhsilin əsasını qoyacaq. Növbəti mərhələ isə IV sinifdən ümumi orta təhsilin başlanması olmalıdır. Bu, həm kurikulumun ardıcıllığını təmin edər, həm də dərs yükünü daha məqsədəuyğun şəkildə tənzimləyər".

Redaktor.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Onun fikrincə, müəllimin stavkası 24 saata qaldırılmalı, ona bu iş yükünə uyğun olaraq ən azı yarımştat maaş verilməlidir:

"Belə olan halda müəllimlərin 2 yerdə işləməsi hüquqi və təşkilati baxımdan məcburi xarakter almalı, sistemli əmək bölgüsü formalaşmalıdır. Bu həm müəllimlərin sosial rifahını, həm də təhsil keyfiyyətini yüksəldəcək.

Məktəblərdə funksionallığını və aktuallığını itirmiş ştatlar – UBR, laborant, kitabxanaçı, təlim-tərbiyə işləri üzrə direktor müavini və təsərrüfat üzrə direktor müavini vəzifələri ləğv olunmalıdır. Onların yerində daha funksional və nəticəyə yönəlik yeni ştat vahidləri yaradılmalıdır: tədris işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, monitorinqlər üzrə direktor müavini və texnologiyalar üzrə direktor müavini".

K.Əsədov hesab edir ki, məktəb idarəçiliyində çeviklik, səmərəlilik və hesabatlılıq prinsipləri məhz bu dəyişikliklərlə təmin oluna bilər.

"Təhsil sistemində real dəyişiklik istəyiriksə, köhnə strukturlar üzərində kosmetik düzəlişlər deyil, funksional və ehtiyaca əsaslanan yeni idarəçilik modeli qurmalıyıq", - deyə əlavə edib.

T.İSMAYIL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Mart 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri