Icma.az
close
up
RU
Məktəblərdə bu vəzifələr ləğv edilməli, müəllimlərin iş stavkası 24 saata qaldırılmalıdır Ekspertdən ÇAĞIRIŞ

Məktəblərdə bu vəzifələr ləğv edilməli, müəllimlərin iş stavkası 24 saata qaldırılmalıdır Ekspertdən ÇAĞIRIŞ

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Məktəbəqədər hazırlıq qrupları formal xarakter daşımamalıdır. Bu mərhələ I sinif kimi tanınmalı və ümumi təhsilin ilk pilləsi hesab olunmalıdır. Bu yanaşma erkən yaşlardan sistemli təhsilin əsasını qoyacaq. Növbəti mərhələ isə IV sinifdən ümumi orta təhsilin başlanması olmalıdır. Bu, həm kurikulumun ardıcıllığını təmin edər, həm də dərs yükünü daha məqsədəuyğun şəkildə tənzimləyər".

Milli.Az bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert həmçinin məktəblərdə bəzi vəzifələrin ləğv edilməsi, müəllimlərin iş stavkasının artırılması haqda çağırış edib:

"Müəllimin iş stavkası 24 saata qaldırılmalı, ona bu iş yükünə uyğun olaraq ən azı yarımştat maaş verilməlidir. Belə olan halda müəllimlərin 2 yerdə işləməsi hüquqi və təşkilati baxımdan məcburi xarakter almalı, sistemli əmək bölgüsü formalaşmalıdır. Bu həm müəllimlərin sosial rifahını, həm də təhsil keyfiyyətini yüksəldəcək.

Məktəblərdə funksionallığını və aktuallığını itirmiş ştatlar - UBR, laborant, kitabxanaçı, təlim-tərbiyə işləri üzrə direktor müavini və təsərrüfat üzrə direktor müavini vəzifələri ləğv olunmalıdır. Onların yerində daha funksional və nəticəyə yönəlik yeni ştat vahidləri yaradılmalıdır: tədris işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, monitorinqlər üzrə direktor müavini və texnologiyalar üzrə direktor müavini.

Məktəb idarəçiliyində çeviklik, səmərəlilik və hesabatlılıq prinsipləri məhz bu dəyişikliklərlə təmin oluna bilər. Təhsil sistemində real dəyişiklik istəyiriksə, köhnə strukturlar üzərində kosmetik düzəlişlər deyil, funksional və ehtiyaca əsaslanan yeni idarəçilik modeli qurmalıyıq". (Musavat.com)
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 Mart 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see294

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see292

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see252

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see150

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see145

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see125

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see124

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see122

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri