Icma.az
close
up
RU
Müəllimini güllələyən şagirdə İTTİHAM elan edildi

Müəllimini güllələyən şagirdə İTTİHAM elan edildi

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ilə bağlı açılan cinayət işi əsasında məhkəmə istintaqı başlayıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
 

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Bu zaman şagird onun iradını özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib.


O, tüfəngi gözətçi çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.
Şagird özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək məqsədinin olmadığını deyib.
Növbəti iclas iyulun 24-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2026-cı il fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Şagirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub. (Oxu.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 İyul 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri