Müəllimlər NATO proqramı ilə treninqlərdə
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün treninq təşkil olunub.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, proqrama uyğun olaraq keçirilən “Müəllimlərin təkmilləşdirilməsi treninqi”ndə “Aviasiya ingilis dili” və “Dənizçilik ingilis dili” kurslarının növbəti modulları başa çatıb.
Treninq müddətində iştirakçılara tədris prosesinə müasir yanaşmalar, dərslərin səmərəli təşkili, təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması, eləcə də müəllim-kursant münasibətlərində səmərəli ünsiyyətin qurulması ilə bağlı məlumatlar verilib.
Sonda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.
Baxış sayı:84
Bu xəbər 20 Noyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















