Icma.az
close
up
RU
Müəllimlər psixoloji testə cəlb oluna bilərlər?

Müəllimlər psixoloji testə cəlb oluna bilərlər?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Tədris mühitində son vaxtlar müşahidə olunan müəllimlərin şagirdlərə qarşı zorakılıq halları təkcə fərdi davranış problemi deyil, həm də sistemli psixoloji və pedaqoji hazırlıq çatışmazlığının göstəricisidir. Bu hadisələr göstərir ki, müəllimlərin ixtisas biliyi ilə yanaşı, emosional dayanıqlığı, stressə qarşı dözümlülüyü və psixoloji mədəniyyəti də dövlət səviyyəsində qiymətləndirilməlidir. Təhsilin əsas məqsədi yalnız bilik ötürmək deyil, eyni zamanda sağlam mənəvi-emosional mühit formalaşdırmaqdır. Əgər bu mühitdə zorakılıq və aqressiya müşahidə olunursa, deməli, təlimin keyfiyyəti və təhsil prosesinə ictimai etimad da zədələnir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
"Son iki ayda məktəblərdə müəllimlərin şagirdlərə qarşı fiziki və psixoloji zorakılıq hadisələri barədə iki faktın qeydə alınması artıq cəmiyyətin və dövlətin bu məsələyə sistemli yanaşmasının zəruriliyini ortaya qoyur. Statistik məlumatlara görə, son beş ildə Azərbaycanda 40-a yaxın təhsil müəssisəsində müəllim–şagird münasibətlərində etik pozuntu halları üzrə xidməti araşdırma aparılıb və bu hallar daha çox emosional idarəetmə bacarığının zəifliyi, psixoloji gərginlik və ünsiyyət mədəniyyətinin aşağı səviyyəsi ilə əlaqələndirilib. Halbuki, “Təhsil haqqında” Qanunun 28.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, müəllim pedaqoji fəaliyyəti zamanı şagirdin şəxsiyyətinə hörmət etməli, onun fiziki və mənəvi sağlamlığına zərər yetirən hərəkətlərə yol verməməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 9.1-ci maddəsində isə dövlətin uşaqları zorakılıqdan qorumaq və onların ləyaqətini alçaldan davranışlara qarşı müdafiə mexanizmləri yaratmaq öhdəliyi göstərilir. Bu tələblər hüquqi baxımdan möhkəmdir, lakin pedaqoji praktikada hələ də tam mexanizm kimi işləmədiyi görünür".
O bildirib ki, MİQ imtahanları müəllimlərin fənn üzrə bilik və bacarıqlarını ölçür, lakin bu imtahanların heç bir mərhələsində emosional sabitlik, pedaqoji empatiya və psixoloji münasibət mədəniyyəti test edilmir:
"Tədris prosesi isə təkcə bilik ötürməkdən ibarət deyil; sinifdə müəllimin davranışı, səsi, ünsiyyəti və emosional reaksiyaları uşaqların inkişafına birbaşa təsir göstərir. Müəllimin bir sözü və ya hərəkəti uşağın özünə inamını formalaşdıra da, sarsıda da bilər. Ona görə də MİQ imtahanına əlavə olaraq psixoloji qiymətləndirmə mərhələsinin tətbiqi zəruridir.
Dünya təcrübəsi bu istiqamətdə konkret mexanizmləri çoxdan formalaşdırıb. Finlandiyada müəllimliyə qəbulda namizədlər yalnız akademik göstəricilərlə deyil, psixoloji uyğunluq testləri ilə də seçilirlər. Burada empatiya, uşaqlarla ünsiyyət bacarığı və stress idarəetmə qabiliyyəti əsas dəyərləndirmə meyarlarından biridir. Yaponiya və Cənubi Koreyada müəllimlər hər il dövri psixoloji qiymətləndirmədən keçir və nəticələr onların peşəkar inkişaf planlarına təsir göstərir. Almaniyada isə pedaqoqlar üçün “psixoloji sabitlik sertifikatı” anlayışı mövcuddur və bu sənəd olmadan məktəbdə dərs deməyə icazə verilmir. Bu təcrübələr göstərir ki, psixoloji dəyərləndirmə müəllimin hüquqlarını məhdudlaşdırmaq üçün deyil, onun peşəkar fəaliyyətinə dəstək vermək üçün nəzərdə tutulur".
Ekspert deyib ki, Azərbaycan reallığında bu addım həm hüquqi, həm təşkilati, həm də etik baxımdan mümkündür:
"Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, işəgötürən işçinin sağlamlığı və psixoloji yararlılığı ilə bağlı qiymətləndirməni təmin etməlidir. Elm və Təhsil Nazirliyi bu maddəni əsas tutaraq yeni bir mərhələ – müəllimlərin psixoloji hazırlıq və emosional bacarıqlarını ölçən qiymətləndirmə mexanizmini tətbiq edə bilər. Bu sistem MİQ imtahanının davamı kimi yox, tamamlayıcısı kimi fəaliyyət göstərməlidir. Məqsəd müəllimi cəzalandırmaq deyil, risk qrupundakı şəxsləri müəyyən edib onlara psixoloji dəstək və maarifləndirici proqramlar təqdim etməkdir.
Müsbət tərəfi ondadır ki, bu yanaşma həm şagirdlərin təhlükəsizliyini təmin edəcək, həm də müəllimlərə öz psixoloji vəziyyətlərini dəyərləndirmək və idarəetmək imkanı verəcək. Müəllimlik stressli bir peşədir — hər gün müxtəlif sosial təbəqələrdən gələn, fərqli emosional vəziyyətdə olan onlarla uşaqla işləmək asan deyil. Ona görə də müəllimlər üçün peşəkar psixoloji dəstək, müntəzəm treninglər və emosional savadlılıq təlimləri vacibdir. Elm və Təhsil Nazirliyinin son illərdə sertifikasiya prosesində müəllimlərin pedaqoji kompetensiyasına, dərs keyfiyyətinə və sinif idarəetmə bacarığına xüsusi önəm verməsi bu baxımdan çox müsbət addımdır. Nazirlik eyni yanaşmanı psixoloji sabitlik və etik davranış qiymətləndirilməsinə də tətbiq edərsə, məktəblərdə sağlam pedaqoji mühitin formalaşması istiqamətində ciddi dönüş yaranar".
Onun sözlərinə görə, mənfi tərəfi ondadır ki, psixoloji testlərin yanlış tətbiqi və ya formal xarakter daşıması müəllimlərin əlavə gərginlik keçirməsinə səbəb ola bilər:
"Buna görə də proses şəffaf, elmi əsaslara söykənən, etik prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Qiymətləndirmə mərhələsində psixoloqların iştirakı, nəticələrin gizliliyi və fərdi inkişaf planlarının hazırlanması təmin edilməlidir.
Hesab edirəm ki, müəllimin bilik səviyyəsi qədər onun psixoloji stabilliyi də tədris keyfiyyətinin əsas göstəricisidir. Təhsil sistemində psixoloji qiymətləndirmə mərhələsinin əlavə olunması həm pedaqoqların peşə nüfuzunu artıracaq, həm də valideyn və cəmiyyətin məktəbə olan etimadını gücləndirəcək. Elm və Təhsil Nazirliyinin son illərdə müəllim peşəsini keyfiyyət və məsuliyyət prinsipi əsasında yenidən formalaşdırmaq istiqamətində atdığı addımlar bu sahədə də islahatın uğurlu olacağına əsas verir. Əgər bu təşəbbüs həyata keçirilərsə, məktəbdə zorakılıq halları kəskin azalacaq, müəllim peşəsinə inam artacaq və təhsil mühiti daha sağlam, təhlükəsiz və etibarlı olacaq".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri