Müəllimlər süni intellektdən istifadə etməsə, nə baş verəcək? CAVAB
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlamasında bildirib ki, süni intellektdən effektiv istifadə etməyən müəllimlər prosesdən kənarlaşacaq.
Bütün müəllimlər süni intellektdən effektiv istifadəni bacarmalıdırmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd etdi ki, ümumiyyətlə, dövrün tələbindən, texnologiyanın tələbindən irəli gələrək təhsil müəssisələrində artıq müəllimlərin İKT biliklərinin yüksək olması, o cümlədən də süni zəka alətlərindən istifadə bacarıqları mütləq formalaşmalıdır:
"Çünki təkcə bizim ölkəmizdə deyil, dünyanın əksər inkişaf etmiş ölkələrində və təhsil göstəriciləri yüksək olan ölkələrdə tədricən bu istiqamətdə ciddi tədbirlər görülür və addımlar atılır. O nöqteyi-nəzərdən bizim ölkəmizdə də məhz müəllimlərin süni zəka proqramlarını və alətlərini bilmələri və bu istiqamətdə işləmələri mütləq vacibdir. Bu da onu deməyə əsas verir ki, qarşıdakı illərdə biz süni zəka alətlərini və süni zəka istiqamətində işləri ümumi tədris prosesinə tətbiq edəcəyik və bu zaman təhsilverənlərin bu istiqamətdə bilik və bacarıqları yüksək olmalıdır. Təbii ki, Osman bəyin də qeyd etdiyi kimi, əgər təhsilverənlər bu istiqamətdə özlərində hər hansı bilik və bacarıqları formalaşdıra bilməsələr, bu, onların prosesdən kənarda qalmalarına gətirib çıxara bilər".
Onun sözlərinə görə, bütün müəllimlər bu rəqəmsal alətlərdən mütləq istifadə etməlidir:
"Burada elə fənlər var ki, bir o qədər də ehtiyac yoxdur. Məsələn, fiziki tərbiyə, o cümlədən təsviri sənət, yəni burada bir o qədər də, hələ ki, ilkin başlanğıcda istifadə olunmaya bilər. Amma qalan digər fənlərdə bu, bir növ zərurətə çevrilir. Ona görə fənn müəllimləri bu istiqamətdə öz bilik və bacarıqlarını inkişaf etdirməlidirlər".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 İyul 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















