Müəllimlər bu ildən vahid geyimə keçəcək? RƏSMİ
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Milli Məclisin qəbul etdiyi “Ümumi təhsil haqqında” Qanuna dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər üçün geyim tələbləri aidiyyəti dövlət qurumu tərəfindən müəyyən ediləcək.
Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığından müəllimlərin 2026–2027-ci tədris ilindən vahid geyimə keçib-keçməyəcəyi maraq doğurur.
Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin geyiminə dair tələblər və onların tətbiqi mexanizmləri hazırlanır.
“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən olunduqdan sonra ictimaiyyətə məlumat veriləcək”, - deyə rəsmi cavabda qeyd olunub.
Beləliklə, müəllimlərin bu tədris ilindən vahid geyimə keçəcəyi hələlik rəsmən təsdiqlənməyib. Geyim tələblərinin nələri əhatə edəcəyi, vahid formanın tətbiq olunub-olunmayacağı və qaydaların hansı tarixdən qüvvəyə minəcəyi hazırlıq prosesi yekunlaşdıqdan sonra açıqlanacaq.
Lamiyə Cənnətzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















