Müəllimlərdən bu sənədlər tələb olunmayacaq
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan müəllimləri süni intellektdən ən çox istifadə edənlər sırasındadır.
Gununsesi.info xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.
“Azərbaycan dünyada birinci yerdə deyil, lakin yuxarı sıralarda qərarlaşıb. Azərbaycan müəllimləri süni intellektdən kifayət qədər geniş istifadə edirlər. Xüsusilə dərslərin planlaşdırılması və hazırlanması prosesində bu alətlərdən aktiv yararlanırlar”, – o qeyd edib.
Vüsal Xanlarovun sözlərinə görə, gələn ildən müəllimlərin illik plan və icmallar hazırlamaq öhdəliyinin aradan qaldırılması nəzərdə tutulur.
“İstəyirik ki, müəllim növbəti ildən etibarən illik planı, icmalı yazmasın. Müəllim vaxtını bu sənədlərin hazırlanmasına deyil, il ərzində hər bir dərsə necə hazırlaşacağına sərf etsin”, – idarə rəisi vurğulayıb (APA).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 15 İyul 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















