Icma.az
close
up
RU
Bu müəllimlərə də TəhsilPlus kartları veriləcək RƏSMİ

Bu müəllimlərə də TəhsilPlus kartları veriləcək RƏSMİ

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Hazırda məktəbəqədər və ümumi təhsil müəssisələri üzrə 104 mindən çox, ali təhsil müəssisələri üzrə isə 11 mindən çox aktiv TəhsilPlus kart istifadəçisi var”.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Fondun  mətbuat katibi Könül Abdulrəşidova bildirib ki, qeyd olunan 3 təhsil səviyyəsi üzrə ümumi istifadəçi sayı 115 mindən çoxdur:
“TəhsilPlus layihəsi çərçivəsində təhsil işçilərinin ölkə üzrə vahid kartla təmin edilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışan əməkdaşların kartlarla təminatına başlanılıb. Məktəbəqədər və ümumi təhsil üzrə 13 regional təhsil idarəsindən 9-unda kartların sifarişi, çapı və paylanması tam yekunlaşıb, digər 4 idarə üzrə isə işlər yekunlaşma mərhələsindədir. Ali təhsil müəssisələri üzrə isə layihəyə 28 universitet qoşulub”.
Könül Abdulrəşidova açıqlamasında qeyd edib ki,  növbəti mərhələdə peşə təhsili müəssisələri və kolleclərin, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşlarının layihəyə cəlb olunması nəzərdə tutulur:
“Bu mərhələlərin ardıcıl şəkildə tamamlanması ilə TəhsilPlus kartlarının bütün təhsil işçilərini əhatə etməsi təmin ediləcək.
 

TəhsilPlus kartı təhsil işçilərinin gündəlik iş və ödəniş ehtiyacları üçün bir sıra funksiyaları özündə birləşdirir. Kart əməkhaqqı və debet kartı kimi istifadə olunmaqla yanaşı, təhsil işçisinin çalışdığı müəssisəyə giriş-çıxış vasitəsi kimi də istifadə edilir. Bununla yanaşı, kart istifadəçiləri layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana bilirlər.


Hazırda kart istifadəçilərinə kitab və dəftərxana ləvazimatlarının alışında və kinoteatrlarda 5%, “Bravo” mağazalarında QR ödənişlər zamanı 3%, yanacaqdoldurma məntəqələrində, kafe və restoranlarda, eləcə də apteklərdə 2% bonus imkanları təqdim olunur.
“Referans” Tibb Mərkəzinin Bakı və Gəncə filiallarında 10% endirim, BakıKart QR ödənişlərində 10% bonus, Gəncədə “City Card” ödənişlərində isə 10% nəqliyyat endirimi tətbiq edilir. Layihə çərçivəsində təhsil işçilərinin əməkhaqqı və gündəlik ödənişlərini, iş yerində identifikasiyasını və tərəfdaş xidmətlərindən əldə olunan üstünlükləri bir kart üzərindən istifadə edə bilməsi üçün imkan yaradılır”.
Nəzrin Mirzəyeva, Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Sentyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri