Icma.az
close
up
RU
TəhsilPlus kartları bütün müəllimlərə nə vaxt veriləcək? RƏSMİ AÇIQLAMA

TəhsilPlus kartları bütün müəllimlərə nə vaxt veriləcək? RƏSMİ AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Tələbəplus” kartlarından sonra artıq “TəhsilPlus” kartları da istifadəçilərinə verilir.

Redaktor.az xəbər verir ki, təhsil ictimaiyyətinin həyəcanla gözlədiyi kartlarla bağlı “Azərbaycan müəllimi”nin suallarını Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova cavablandırıb.

“Layihə yüz minlərlə təhsil işçisi üçün geniş sosial platforma formalaşdıracaq”
– "TəhsilPlus" kartları artıq bir qrup müəllimə təqdim edilib. Kartların bütün təhsil pillələri üzrə müəllimlərə paylanacağı bildirilir. Bütün müəllimlərə nə vaxt veriləcək? Kartlar hər yerdə eyni vaxtda paylanacaq, yoxsa təhsilin pillələri üzrə ardıcıllıq gözləniləcək?
– "TəhsilPlus" kartı təhsil işçiləri üçün nəzərdə tutulmuş çoxfunksiyalı kartdır. Layihənin tətbiqi mərhələli şəkildə həyata keçirilir. Artıq sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş və peşə fəaliyyətində seçilən bir qrup müəllimə kartlar təqdim edilib. Bu təqdimat layihənin başlanğıc mərhələsini simvolizə edir.
Kartların təhsilin bütün pillələri üzrə çalışan təhsil işçilərinə təqdim edilməsi nəzərdə tutulur. Ümumilikdə ölkə üzrə minlərlə təhsil işçisi fəaliyyət göstərir. Bu səbəbdən paylanma prosesi mərhələli şəkildə həyata keçiriləcək və həm Bakı şəhərində, həm də regionlarda yerləşən təhsil müəssisələrini əhatə edəcək. Məqsədimiz mümkün qədər qısa müddətdə bütün təhsil işçilərinin bu imkanlardan yararlanmasına şərait yaratmaqdır. Bu layihə tam tətbiq olunduqdan sonra ölkədə yüz minlərlə təhsil işçisini əhatə edən geniş sosial və maliyyə imkanları platforması formalaşacaq.

– İsləyən təhsil işçiləri kartları necə və haradan əldə edəcəklər? Kart almaq istəyənlər bunun üçün özləri müraciət etməlidir, yoxsa müraciətlər təhsil müəssisələri tərəfindən ediləcək?
– "TəhsilPlus" kartlarının sifarişi təhsil işçilərinin çalışdıqları təhsil müəssisələri vasitəsilə həyata keçirilir. Bu proses əməkhaqqı kartlarının əldə edilməsi mexanizminə bənzər şəkildə təşkil olunub. Yəni kartlar təhsil müəssisəsi tərəfindən sifariş edilir. 
Sifarişlər tərəfdaş bank olan Kapital Bank vasitəsilə hazırlanır və kartlar hazır olduqdan sonra müvafiq qaydada təhsil işçilərinə təqdim edilir. Bu yanaşma prosesin daha sistemli və operativ şəkildə təşkilinə imkan yaradır.

Yerli və beynəlxalq tərəfdaş şəbəkələrində xüsusi endirimlərdən yararlana bilirlər
– Kart sahibi bu kartla hansı üstünlükləri qazanır? Daha sonra bu üstünlüklərin sayının artırılması, əlavə güzəştlərin verilməsi nəzərdə tutulurmu? Karta başqa hansı funksiyalar əlavə edilə bilər?

– "TəhsilPlus" kartı müxtəlif funksiyaları özündə birləşdirən kartdır və eyni zamanda əməkhaqqı kartı, debet kartı və təhsil müəssisələrinə giriş vasitəsi kimi istifadə oluna bilər. Bununla yanaşı, bu kart vasitəsilə təhsil işçiləri müxtəlif güzəşt və bonuslardan faydalana biləcəklər. Məsələn, “Birbank” tətbiqi vasitəsilə “BakıKart” QR biletlərinə 10 faiz, kitab və dəftərxana məhsullarına və kinoteatrlara 5 faiz, Bravo mağazalarında QR ödənişlərə 3 faiz, yanacaq doldurma məntəqələri, kafe və restoranlar, həmçinin apteklərdə isə 2 faiz bonus təqdim olunur. İstifadəçilər hər ay bu kateqoriyalardan 5-ni seçmək imkanı əldə edirlər.
Bundan əlavə, istifadəçilər digər tərəfdaş şirkət olan “Mastercard” qlobal ödəniş texnologiyaları şirkətinin “Priceless Specials” proqramı vasitəsilə yerli və beynəlxalq tərəfdaş şəbəkələrində xüsusi endirimlərdən yararlana bilirlər. Eyni zamanda “Digital Pass” texnologiyası vasitəsilə istifadəçilərə yaxınlıqdakı tərəfdaş məkanlarda mövcud endirimlər barədə avtomatik bildirişlər göndəriləcək. 
Gələcək mərhələlərdə layihəyə yeni tərəfdaşların qoşulması və təqdim olunan xidmətlərin daha da genişləndirilməsi planlaşdırılır.

İtirilən və yararsız hala düşən kart rüsum ödənilməklə bərpa ediləcək 

– Kart zədələnərsə və ya itərsə, istifadəçi onu yenidən əldə edə bilər?
– Bəli, kartın zədələnməsi və ya itirilməsi halında istifadəçi onu yenidən əldə edə bilər. Bunun üçün kart sahibi tərəfdaş banka müraciət etməlidir. Müraciətdən sonra kart bloklanır və yeni kartın hazırlanması prosesi həyata keçirilir. Yeni kart hazır olduqdan sonra istifadəçiyə təqdim olunur. 
– Bəs buna görə ödəniş tələb olunurmu?
–"TəhsilPlus" kartını ilk dəfə alan şəxs bunu pulsuz əldə edəcək. Amma itirilərsə və ya yararsız hala düşərsə, o zaman bankın müəyyən daxili qaydalarına əsasən, digər kartlarda olduğu kimi, rüsum tətbiq edilir. 

Kart 5 illik olacaq

– Kartın istifadə müddəti varmı? Həmin kart birdəfəlikdir, yoxsa müəyyən müddətdən bir yenilənəcək?
– "TəhsilPlus" kartının istifadə müddətinin 5 illik olması nəzərdə tutulub. Müddət başa çatdıqdan sonra kart yenilənəcək. Kartın texnoloji imkanları təqdim olunan xidmətlərin mütəmadi olaraq yenilənməsinə imkan yaradır.
– İşləməyən və hazırda təqaüddə olan təhsil işçilərinə də kartlar veriləcəkmi? Əgər veriləcəksə, onlar bunu necə və haradan əldə edəcəklər?
– Hazırda "TəhsilPlus" kartı aktiv şəkildə təhsil sistemində çalışan təhsil işçiləri üçün nəzərdə tutulub. Kartların sifarişi təhsil işçisinin çalışdığı təhsil müəssisəsi tərəfindən həyata keçirildiyi üçün işləməyən və ya təqaüddə olan şəxslər üçün bu mexanizmin tətbiqi hazırda texniki baxımdan mümkün deyil. 
Bununla belə, gələcək mərhələlərdə layihənin əhatə dairəsinin genişləndirilməsi imkanları qiymətləndirilə bilər. Bu istiqamətdə əlavə qərarlar mövcud ehtiyaclar və imkanlar nəzərə alınaraq qəbul olunacaq.
– Kart nəqliyyatdan istifadə edən zaman təhsil işçilərinə 10 faiz bonus verəcək. Nəyə görə istifadəçilər bu imkandan yalnız mobil tətbiqdən istifadə edən zaman yararlana bilirlər?

– Nəqliyyat üzrə bonus mexanizmi rəqəmsal platforma üzərindən həyata keçirilir. Mobil tətbiqdən istifadə bonusların avtomatik hesablanması və istifadəçinin hesabında anında əks olunması baxımından daha effektiv və şəffaf mexanizm formalaşdırır. Bu yanaşma həm də istifadəçilərə bonuslarını rahat şəkildə izləmək və idarə etmək imkanı yaradır.

– "TəhsilPlus"dan öncə "TələbəPlus" kartları paylanılıb. Tələbələrə kartların paylanması prosesi hansı mərhələdədir? Artıq bütün tələbələr kartla təmin olunubmu? Yaxud hansı müəssisələrdə neçə tələbə artıq kart sahibidir?

– "TələbəPlus" kartı artıq geniş kütləni əhatə edir. Artıq 200 minə yaxın tələbə bu kartın istifadəçisidir və 28 ali təhsil müəssisəsi layihəyə qoşulub. Bu da layihənin tələbələr arasında geniş maraq və real istifadə imkanına malik olduğunu göstərir. Bu layihəyə qoşulma universitetlərin müraciəti əsasında, texniki imkanlar nəzərə alınmaqla həyata keçirilir. Hazırda kartdan yalnız ali təhsil müəssisələrində təhsil alan tələbələr istifadə edir. Qarşıdakı mərhələdə bu siyahıya orta ixtisas və peşə təhsili müəssisələrinin də cəlb edilməsi planlaşdırılır. Məqsəd ölkə üzrə bütün tələbələrin kartla təmin olunması və bu imkanlardan faydalanmasına şərait yaratmaqdır.

– Bu kartların fərqi nədir? İstifadə yerləri, şərtləri, imkanları, verdiyi üstünlüklərinə görə "TələbəPlus"dan nə ilə fərqlənir?

– "TələbəPlus" və "TəhsilPlus" kartları eyni konsepsiya əsasında hazırlanmış olsa da, fərqli hədəf qruplarına yönəlib. "TələbəPlus" ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub, "TəhsilPlus" isə bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərini əhatə edir.
Hər iki kart istifadəçilərə müxtəlif sahələrdə endirim və üstünlüklər təqdim edir. Bununla yanaşı, tərəfdaş şəbəkəsi və təqdim olunan imkanlar hədəf auditoriyanın ehtiyaclarına uyğun şəkildə formalaşdırılır. 
Məqsəd həm tələbələrin, həm də təhsil işçilərinin sosial rifahını dəstəkləyən əlavə imkanlar yaratmaq və onların gündəlik həyatında faydalı xidmətlər ekosistemi formalaşdırmaqdır. Bu təşəbbüs təhsil ictimaiyyəti üçün yaradılan sosial dəstək mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Mart 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri