BMT Təhlükəsizlik Şurasının üzvləri tarixdə ilk dəfə Suriyaya səfər edəcək
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrda BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Sloveniya tərəfindən icra olunacaq.
"Report"un ABŞ bürosu xəbər verir ki, TŞ-nin aylıq iş proqramını Sloveniyanın BMT-dəki daimi nümayəndəsi və Şuranın dekabr ayı üzrə sədri səfir Samuel Zboqar jurnalistlərə təqdim edib.
Səfir bildirib ki, Sloveniya bu sədrliklə Şuradakı iki illik üzvlüyünün son ayına daxil olur və TŞ-nin mandatlaşdırılmış işlərinin böyük hissəsi ilk üç həftədə həyata keçiriləcək. Bu müddət ərzində üç əsas tədbir planlaşdırılır: "TŞ üzvlərinin Suriya və Livana rəsmi səfəri olacaq ki, bu, son altı ildən sonra Yaxın Şərqə ilk səfər və Suriyaya tarixdə ilk səfər olacaq. Dekabrda Əfqanıstan üzrə yüksək səviyyəli iclas Sloveniyanın xarici işlər naziri tərəfindən idarə olunacaq, üçüncü həftə isə Yaxın Şərqə həsr ediləcək, Yəmən, Suriya və Liviya ilə bağlı iclaslar keçiriləcək".
Diplomat qeyd edib ki, ay ərzində Afrikaya dair məsələlər də gündəlikdə yer alır. Buna BMT-nin Konqo Demokratik Respublikasındakı MONUSCO missiyasının mandatının uzadılması daxildir.
TŞ-də Ukrayna üzrə müzakirələr davam edəcək: "Müharibə davam edir, mülki infrastruktura hücumlar davam edir və qış yaxınlaşdıqca humanitar vəziyyət ağırlaşır. Buna görə Şurada Ukrayna üzrə müzakirələr davam edəcək".
Dekabr ayı ərzində digər planlaşdırılan iclaslar arasında İranla bağlı 2231 saylı qətnamə üzrə Baş katibin hesabatının təqdimatı (13 dekabr), Suriya, Sudan, Myanma və digər məsələlərlə bağlı iclaslar da yer alacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Dekabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















