Texnologiya insanı qorumağı bacarmalıdır
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Süni intellektin yaratdığı zərərli sistemlərə uyğunlaşmaq yükü yalnız ayrı-ayrı insanların üzərinə qoyulmamalıdır. Sistemlərin özündə də dəyişikliklərə ehtiyac var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu UNESCO-nun Mədəniyyətlərarası Səriştə üzrə UNESCO kafedrasının rəhbəri, Stellenbosch Universitetinin nümayəndəsi Darla K. Deardorff VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, süni intellekt və rəqəmsal texnologiyalarla bağlı məsuliyyət yalnız fərdi istifadəçilərin üzərinə düşmür. Bu məsələdə qurumların, texnologiya hazırlayanların və siyasət müəyyənləşdirənlərin də üzərinə mühüm vəzifələr düşür. Deardorffun sözlərinə görə, rəqəmsal ekosistemdə bütün tərəflərin məsuliyyəti aydın şəkildə müəyyənləşdirilməlidir.
UNESCO rəsmisi vurğulayıb ki, rəqəmsal məkanın təhlükəsiz olması ilə yanaşı, sistemlərin özündə də dəyişikliklər aparılmalıdır. Buraya texnologiyaların daha əlçatan dizayn edilməsi, məzmunun məsuliyyətli şəkildə moderasiyası, şəxsi məlumatların qorunması, hesabatlılıq və effektiv tənzimləmə daxildir.
D. Deardorff bu istiqamətdə UNESCO-nun “Story Circles” — hekayə dairələri təşəbbüsünü də nümunə göstərib. Onun sözlərinə görə, bu yanaşma həm rəqəmsal mühitdə, həm də üzbəüz görüşlərdə insanlar arasında təhlükəsiz ünsiyyət və qarşılıqlı anlaşma üçün şərait yaradır:
“Təşəbbüs insanları bir-birini diqqətlə dinləməyə, fərqli baxışları anlamağa və empatiya qurmağa təşviq edir. Bu bacarıqlar müxtəlif mədəniyyətlərdən olan insanlar arasında əlaqələrin güclənməsinə kömək edir”.
D. Deardorff əlavə edib ki, süni intellekt dövründə insanları bir-birinə bağlayan ünsiyyət bacarıqlarına daha çox diqqət yetirilməli, texnologiyaların inkişafı zamanı insan amili diqqətdən kənarda qalmamalıdır.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 27 Oktyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















