Icma.az
close
up
RU
Müəllimləri narazıdır: Elə nazirliyin özündə qəribə proseslər baş verir

Müəllimləri narazıdır: Elə nazirliyin özündə qəribə proseslər baş verir

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkədə müəllimlərin sertifikatlaşdırma prosesi həyata keçirilir. 

Təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələri, peşə yararlılıqlarının yoxlanılması məqsədi daşıyır. 

Təhsilverənlərin sertifikatlaşdırılması ilk dəfə 2022-ci ildə təşkil edilib və prosesə ilk olaraq ibtidai sinif müəllimləri cəlb olunublar. 

Sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib. 

Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. 2023-cü ildə ibtidai sinif müəllimliyi üzrə sertifikatlaşdırmanın test mərhələsində 1 334-ü təkrar sertifikatlaşdırma və 21 943-ü ilk dəfə iştirak olmaqla ümumilikdə 23 277 nəfər uğur qazanıb. 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırmanın test mərhələsində ölkə üzrə 8 498 nəfər uğur qazanıb. 8 sentyabr – 14 oktyabr 2023-cü il tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsində 23 259 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri uğur qazanıb. 

2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub. 

Ümumilikdə, 2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 31 207 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. 

2024-cü ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24 050, uğur qazananların sayı isə 20 224 nəfər olub. Ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb. 2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır. 

Qeyd edək ötən sertifikatlaşdırma proseslərində ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər. Cari ildə isə hansı fənn müəllimlərinin sertifikasiya imtahanlarında iştirak edəcəyi hələ  açıqlanmayıb. Son günlər sosial şəbəkələrdə bəzi müəllimlər sertifikasiya ilə bağlı öz etirazını bildirirlər. Belə ki, müəllimlər bütün fənnlərdən sertifikasiyanın eyni vaxtda keçirilməsini daha məqsədəuyğun hesab edirlər. 

Onlar qeyd edir ki, sertifikasiyadan keçən müəllimlər bir neçə ildir yüksək əməkhaqqı alsa da, sertifikasiyası keçirilməyən fənnin müəllimləri daha az maaş alır. 

Çünki müəllimlərin maaşı sertifikasiyada topladıqları bala uyğun olaraq 10 və 35 faiz artırılır.

Müqayisə üçün deyək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən qəbul imtahanlarında 2024-cü ildə ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı 85124 nəfər olub və onlar cəmi bir neçə gün ərzində imtahan veriblər. Ölkədə müəllim sayının təqribən 150 min olduğunu nəzərə alsaq, bütün fənnlərdən sertifikasiya imtahanlarıın bir neçə ay ərzində keçirilməsi mümkün görünür. 

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cümhuriyət” -ə açıqlamasında bildirib ki, son illər Elm və Təhsil Nazirliyi bir sıra uğurlu islahatlar həyata keçirir: 

“Lakin kütləvi narazılıqla nəticələnən qərarlar da var. 2022-ci ildən başlanan sertifikasiya ümumi təhsilimizin inkişafı baxımından əla təşəbbüsdür və həmişə dəstəkləmişik. Amma prosesin keçirilməsində problemləri saymaqla bitirmək olmur. İmtahan keçirmək təcrübəsi geniş olmayan ETN bir qrup müəllimləri sertifikasiyadan keçirsə də, bir qrupu gözləmədədir. Kiçik prosesi o qədər şişirdiblər ki, illərdir bu qədər müəllimi intizarda saxlayırlar. Üstəlik, əməkhaqqı artımını da sertifikasiya nəticəsinə uyğun müəyyən edirlər. Keçirilən imtahanlar da narazılıqla doludur. Hələ mən hazırkı sertifikasiyanın, tərtib olunan sualların nə qədər obyektiv qiymətləndirmə olduğundan danışmıram. MÜTDA, regional idarələr, elə nazirliyin özündə get-gedə qəribə proseslər baş verir. 

Son vaxtlar nə qədər təhsil adına narazılıqlar artıb. Müəllim də, şagird də, valideyn də narazıdır. Bunun bir sonu olmalıdır, yoxsa yox? Belə çıxır ki, işləri qaydasına qoyan kadrlar çatışmır”. 

Ekspert bildirib ki, DİM bu sahədə xeyli təcrübəlidir: 

“İstər imtahanların keçirilməsi, il ərzində imtahan tarixləri və bu kimi proseslərdə bu qurumun təcrübəsindən yararlanmaq olar. Bildiyim qədər, bu işlə bağlı olan Təhsilverənlərin Sertifikasiya Şurası məsələ ilə bağlı bir araya belə toplaşmayıb. Məlumat üçün onu deyim ki, bu il fizika, kimya, biologiya, coğrafiya, tarix, informatika və texnologiya müəllimlərinin sertifikasiyası gözlənilir”. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri