Icma.az
close
up
RU
Musiqi müəllimləri nazirliyin qərarına etiraz edir FOTO

Musiqi müəllimləri nazirliyin qərarına etiraz edir FOTO

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarına əsasən 2025 -ci ildən müəllimlərin sertifikasiya imtahanı keçiriləcək. Bununla bağlı nazirlik Respublikanın bütün uşaq və musiqi incəsənət məktəblərinə məktub göndərib.

Ancaq buna baxmayaraq, demək olar ki, bütün müəllimlər sertifikasiya imtahanından narazıdır.

Onlar açıq- aydın imtahan vermək istəmədiklərini bildiriblər.

Məsələ ilə bağlı Gununsesi.info -ya danışan Sumqayıt şəhər, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin solfecio musiqi ədəbiyyatı müəllimi Yeganə Hüseynova qeyd edib ki, yeni ilin ilk aylarında sertifikasiya imtahanı veriləcək:

                                                                                                                                                            Yeganə Hüseynova

“İmtahana 2-3 ay qalıb və hazırlaşmaq üçün bu müddət çox azdır. Çünki sertifikasiya imtahanı biz bilirik ki, məsuliyyətli bir imtahandır. Bizə çatan məlumata görə, videogörüntü ilə imtahan veriləcəkdir və imtahanın son saatlarında müəllimin işləyib- işləməməyi barədə qərar veriləcəkdir”.

Musiqi ədəbiyyatın geniş fənni olduğuna toxunan Y. Hüseynovanın deyir ki, bu böyük bir elmdir:

“Biz bu dərsləri şagirdlərə dövlətin bizə təqdim etdiyi plan əsasında deyirik. Bizə bir məlumat da çatdı ki, nümunə olaraq orada tamam başqa bir suallar əlavə olunub. Əslində musiqi məktəbi həcmində suallar əlavə olunmalıdır, çünki biz tədris planı əsasında dərslər keçirik və o tədris planı əsasında da imtahanların verilməsini istəyirik”,- deyə o əlavə edib.

Onun sözlərinə görə, MDB ölkələrinin heç birində müəllimlərin sertifikasiya imtahanları olmayıb:

“Müəllim adı uca və alidir. Ali məktəbdə, yaxud hər hansı ixtisas məktəblərində təhsil alırsan, musiqi və ya orta məktəblərdə dərs deyirsənsə, staj, yəni müəllimin dərs dediyi müddət artıq ona böyük bir məktəbdir. Bugün 20 -30 – 40 ilin müəllimlərini sertifikasiya etmək ağlasığmazdır”.

Müəllim vurğulayıb ki, Musiqi və İncəsənət məktəbləri istəklə seçilən, arzuolunan məktəblərdi:

“Valideynlər uşaqların asudə vaxtlarını səmərəli keçirilməsi üçün bu məktəblərə göndərir. Bilirik ki, musiqi özü bir istedaddır. Məsələn, sinfimizdə 10 uşaq təhsil alırsa, onların 2-si, 3 -ü anadangəlmə istedada malikdir. Musiqi təhsili alıb, ancaq bu sahəyə istedadları çatmayanlar artıq digər səmtə yönəlirlər”.
Sonda Yeganə müəllim bildirib ki, musiqi müəllimlərindən sertifikasiya imtahan götürməyin tam əleyhinəyik

“Biz öz məktəbimizin müəllimləri ilə də mütəmadi olaraq bu barədə söhbətlər aparırıq. İstəklə seçilən məktəbdə sertifikasiya imtahanlarının keçirilməsi arzuolunmazdır. Həm də ki, test yox, videokamera ilə olan imtahandır. Hər kəs videokameranın qarşısında bildiklərini çatdıra bilmir, adam var kamera qarşısında həyəcanlı olur. Bu çətin bir situasiyadır. Ona görə də, bu imtahanın tam əleyhinəyik. İstərdik ki, sertifikasiya imtahanı öz proqram və planımız əsasında keçirilsin. Bu gün biz məktəbimizdə uşaqlara solfecio, musiqi ədəbiyyatı, xalq yaradıcılığı, ritmika, Azərbaycan musiqi ədəbiyyatı, sovet musiqi ədəbiyyatı, xarici musiqi ədəbiyyatı dərslərini keçirik. Məktəbdə nə keçiriksə, onun əsasında da, imtahan verməliyik. Buna görə də, biz müəlimlər heç sertfikasiya imtahanı vermək istəmirik”, -deyə Y. Hüseynova yekunlaşdırıb.

Günel Həsənova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Noyabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri