Icma.az
close
up
RU
Müəllimləri şikayət sistemi: təhsil keyfiyyətini artıracaq, yoxsa etimadsızlıq yaradacaq?

Müəllimləri şikayət sistemi: təhsil keyfiyyətini artıracaq, yoxsa etimadsızlıq yaradacaq?

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlərdə Elm və Təhsil Nazirliyinin valideynlərə “müəllimlərdən narazılıq olarsa, şikayət etsinlər” çağırışı geniş müzakirələrə səbəb olub. Valideynlər bu addımı övladlarının hüquqlarını qorumaq üçün vacib hesab etsələr də, müəllimlər haqsız ittihamların onların nüfuzuna və iş şəraitinə mənfi təsir göstərəcəyindən narahatdırlar.

Valideynlərin mövqeyi: haqqın müdafiəsi

Valideynlər üçün təhsilin keyfiyyəti və övladlarının rifahı prioritetdir. Onların əsas narahatlıqları arasında:

Müəllimin tədrisə laqeyd yanaşması;

Şagirdlər arasında ayrı-seçkilik edilməsi;

Qeyri-etik davranış halları yer alır.

Bu səbəbdən, valideynlər üçün şikayət mexanizmi nəzarət mexanizmi kimi görünə bilər.

Müəllimlərin narahatlığı: peşəkar nüfuzun zədələnməsi

Müəllimlər üçün əsas problem şikayətlərin obyektiv araşdırılıb-araşdırılmayacağıdır. Onların fikrincə:

Haqsız şikayətlər müəllimlərin nüfuzuna və psixoloji durumuna mənfi təsir göstərə bilər;

Valideynlərin subyektiv yanaşması şikayətlərin əsaslılığını sual altına sala bilər;

Anonim və əsassız şikayətlər müəllimlərin peşəkar azadlığını məhdudlaşdıra bilər.

Problemin həlli üçün təkliflər

Elm və Təhsil Nazirliyi şikayət mexanizmini tətbiq etməklə təhsildə şəffaflığı artırmağı hədəfləyir. Lakin bu sistemin effektiv işləməsi üçün aşağıdakı addımlar atılmalıdır:

Şikayətlərin sübutlara əsaslanması və anonim olmaması;

Şikayətlərin obyektiv araşdırılması üçün müstəqil komissiyaların yaradılması;

Müəllimlərə haqsız ittihamlardan müdafiə mexanizminin təqdim olunması;

Məktəbdaxili problemlərin ilk olaraq rəhbərlik səviyyəsində həll edilməsinə şərait yaradılması;

Müəllim-valideyn münasibətlərini gücləndirmək üçün təlimlər və görüşlər keçirilməsi.

Nəticə təhsildə keyfiyyət və ədalət balansının qorunması üçün valideyn, müəllim və Elm və Təhsil Nazirliyi arasında qarşılıqlı etimadın qurulması vacibdir. Şikayət mexanizmi şəffaf və obyektiv olmalı, nə müəllimlərin, nə də valideynlərin haqları pozulmamalıdır. Əsas məqsəd cəzalandırmaq deyil, təhsilin inkişafına töhfə vermək olmalıdır.

Gülçin Zeynallı,

gənc müəllim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri