Toy günü bəy və daha 3 nəfər bıçaqlandı vəziyyəti ağırdır təfərrüat VİDEO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Bəy toyu günü bıçaqlandı... Onun yanında olan 2 dostu və dayısı da bıçaq xəsarətləri alıb...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə İsmayıllı rayonunun Talıstan kəndində qeydə alınıb. Toy günü, gecə saatlarında bəy, 20 yaşlı Səid İsayev və və bir neçə şəxs mübahisə edib. Bıçaqlanma hadisəsi də mübahisədən sonra olub.
Hadisə nəticəsində 20 yaşlı Səid İsayev, onun dayısı 49 yaşlı Rahil İsmayılov, 18 yaşlı Osman İsmayılov və 2008-ci il təvəllüdlü şəxs müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Bəyin dayısı və daha bir nəfərin vəziyyəti ağırdır.
Dörd nəfəri bıçaqlayan şəxsin 23 yaşlı Elşən Babayev olduğu müəyyən edilərək saxlanılıb.
Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Baxış sayı:77
Bu xəbər 30 Sentyabr 2025 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















