Icma.az
close
up
RU
Musiqi müəllimləri şikayət edir Attestasiya prosesində qanunsuzluqlar yaşanıb?

Musiqi müəllimləri şikayət edir Attestasiya prosesində qanunsuzluqlar yaşanıb?

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, 2025-ci ilin fevralın 28-dən martın 19-na qədər Bakı və Abşeron-Xızı Regional İdarələr üzrə fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin attestasiyası keçirilib.

Attestasiyada 1700 müəllim iştirak edib. Attestasiya prosesinin ilk mərhələsində iştirak edən 47 məktəbdən 15 məktəbin müəllimlərinin 90%-dən çoxu attestasiyanı uğurla başa vurub. 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. 

Bu gün isə 80-ə yaxın musiqi müəllimi attestasiya imtahanlarına etiraz olaraq Mədəniyyət Nazirliyində toplaşıb. Onlar mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun onları qəbul etməsini tələb ediblər. Müəllimlər onlara qeyri-ixtisas sualları verildiyini iddia edib. Qeyd ediblər ki, kollec bitirən müəllimə universitet proqramından suallar verilib. Bundan başqa, imtahanın şifahi keçirildiyi üçün şəffaflığın olmadığı iddia olunub.

Maraqlıdır, bu problem necə həll oluna bilər? İmtahan yenidən keçirilə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəblərində, yəni musiqi istiqamətində təhsil verən müəssisələrdə ümumi təhsil verənlərin attestasiyasının keçirilməsi ilə bağlı qərar keçən ilin dekabr ayında verildi və artıq prosesə başlanıb. 

Ekspertin sözlərinə görə, sertifikasiya, attestasiya, diaqnostika kimi yoxlama əsaslı müsabiqələr təyin etməkdə məqsəd ümumi təhsil prosesində yalnız yüksək ixtisaslı kadrları formalaşdırmaqdır:

“Son illərdə kollec istiqamətində demək olar ki, pedaqoji elmi ixtisaslar ləğv olunur və digər ixtisaslar da ola bilsin, bu il və yaxud növbəti il ləğv olunacaq. Yəni orta ixtisas təhsil müəssisəsində pedaqoji kadrların hazırlığı artıq dayandırılacaq. Çünki dövrün tələbi budur. Dünyanın əksər ölkələrində pedaqoji istiqamətdə bakalavr təhsili tələb olunur. Ən yüksək göstəricilərə malik bəzi ölkələrdə bakalavrla paralel müəyyən pedaqoji istiqamətlərdə magistr təhsili tələb olunur və bütün bunlar onu deməyə əsas verir ki, artıq orta ixtisas təhsilli şəxslər müvafiq istiqamətlər üzrə çalışmamalıdırlar, yalnız ali təhsilli şəxslərə üstünlük veriləcək. Orta ixtisas təhsilli şəxslər də özlərini inkişaf etdirə bilərsə, ən azından, onlar üçün imkan yaradılıb ki, subbakalavr dərəcələri var. Ali təhsil almaq üçün müsabiqəyə qatılıb imtahan vermədən qəbul ola bilərlər və yaxud özlərini inkişaf etdirə, ən azı, fənn kurikulumlarını öyrənə bilərlər”. 

Müəxəssis qeyd edib ki, konkret ortada bir problem var və əlbəttə, bu problemə görə gətirilən iddialar əsaslı şəkildə sübuta yetirilməlidir:

“Əgər həqiqətən də onlara qeyri-ixtisas sualları verilibsə və yaxud da imtahan şifahi keçirildiyi üçün qeyri-obyektiv qiymətləndirmə aparılıbsa, buna Mədəniyyət Nazirliyi açıqlama verməlidir. Düşünürəm ki, imtahan yenidən təşkil oluna bilməz. Çünki artıq attestasiya keçirildi və bildiyim qədər ilə bu prosesdə komissiya fəaliyyət göstərib. Növbəti ildə yenidən digər ixtisas sahiblərinin ümumi atestasiyası keçiriləcək və məncə həmin 110-115 nəfər müəllim də prosesə cəlb olunmaqla müsabiqədə işirak edə bilər. Növbəti imtahanı yazılı şəkildə keçirsələr, daha məqsədəuyğun ola bilər”. 


E.Əfəndi vurğulayıb ki, bu prosesdə nazirliklər əməkdaşlıq etməlidir:

“Problemin həlli üçün ilk növbədə imtahanlar ya test üsulu ilə, ya da yazılı formatda olmalıdır. Düzdür, musiqi təhsili və piano təhsilidirsə, burada mütləq qabiliyyət olmalıdır. Yazılı imtahan zamanı və ya test əsasında bunu yoxlamaq çətin olacaq, amma şifahi imtahan zamanı müəyyən musiqi parçalarını səsləndirmələri və s. ilə qabiliyyətləri yoxlanıla bilər. Elm və Təhsil Nazirliyinin sertifikasiyası isə 2026-cı ildə keçiriləcək. Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi müəssisələri ilə Elm və Təhsil Nazirliyi musiqisi fərqlidir. Ona görə də burda yəqin ki, anlaşılmazlıq yaranmaz. Sadəcə Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etməlidir ki, sualların hazırlanmasında və sualların ümumi proqramını əhatə etməsi ilə bağlı belə ajiotaj yaradacaq məsələlər ortaya çıxmasın”.

Saytımıza açıqlamasında təhsil eksperti Kamran Əsədov isə bildirib ki, bu, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə zidddir.  

K.Əsədov nəzərə çatdırıb ki, həmin maddədəyə əsasən, müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi onların tədris etdiyi səviyyə və ixtisas üzrə aparılmalıdır. Bu prinsip pozulduqda qiymətləndirmənin hüquqi əsasları da sual altına düşür.

Ekspert onu da qeyd edib ki, şəffaflıq prinsipi baxımından şifahi imtahanlar ciddi risklər daşıyır:

“Şifahi cavabların qeydə alınmaması, qiymətləndirmə meyarlarının əvvəlcədən açıqlanmaması və nəticələrin əsaslandırılmaması müəllimlərin etimadını zədələyir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən, vətəndaşın (bu halda müəllimin) qiymətləndirilmə və qərarın əsaslandırılması ilə bağlı məlumat almaq hüququ var.

Attestasiyada istifadə olunan sualların kim tərəfindən və hansı əsaslarla tərtib olunduğu isə hələ də açıq qalan sualdır. Müəllimlərin etirazı fonunda sual bankının məxfiliyi, meyarların qeyri-aydın olması və qiymətləndirmə komissiyalarının tərkibində obyektivlik şübhələri prosesin legitimliyini ciddi şəkildə sual altına salır. Təəssüf doğuran məqam odur ki, bu etirazlar təkcə fərdi narazılıqlar deyil, ümumilikdə musiqi müəllimliyinin nüfuzuna və müəllim peşəsinə olan inama mənfi təsir göstərir”.

K.Əsədov izah edib ki, dünya təcrübəsində müəllimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi daha kompleks və mərhələli şəkildə həyata keçirilir:

“Məsələn, Finlandiyada müəllimlərə heç bir mərkəzləşdirilmiş imtahan tətbiq edilmir. Bunun əvəzinə, onların fəaliyyəti dərs müşahidələri, şagird nailiyyətləri, həmkar rəyləri və inkişaf planları əsasında qiymətləndirilir. Kanada və İsveç kimi ölkələrdə isə sənət və musiqi fənləri üzrə müəllimlərin praktiki bacarıqları – dərs nümunələri, musiqi ifası, metodik portfoliolar və real performans əsasında dəyərləndirilir. Şəffaflıq və iştirakçılıq bu ölkələrin qiymətləndirmə mexanizmlərində əsas prinsiplər kimi qəbul olunur.

Bütün bunlarla yanaşı, musiqi müəllimlərinin attestasiyası ideya olaraq əhəmiyyətlidir. Bu, müəllimlərin bilik və bacarıqlarının yenilənməsi, peşəkar fəaliyyətlərinin monitorinqi və keyfiyyətin artırılması üçün bir alətə çevrilə bilər. Amma prosesin məqsədli, şəffaf və pedaqoji əsaslara uyğun təşkili şərtdir. Əgər bu məqsədlər arxa plana keçərsə və attestasiya bir növ ələmə, cəzalandırma və sistemdən çıxarma mexanizminə çevrilərsə, bu, təkcə fərdi müəllimləri yox, ümumi təhsil sistemini zədələyəcək”.

Mütəxəssisin fikrincə, problemin konstruktiv həlli üçün ilk növbədə sualların və qiymətləndirmə meyarlarının ictimaiyyətə açıqlanması təmin edilməlidir:

“İmtahan nəticələri üzrə müəllimlərin etiraz hüququ formal yox, real şəkildə təmin edilməli, onların iddiaları müstəqil ekspertlər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi komissiyalar tərəfindən araşdırılmalıdır. Ən mühümü isə etiraz edən müəllimlərə alternativ – yazılı, praktik və portfoliolu – imtahan formatında təkrar iştirak imkanı verilməlidir. Bu, həm hüquqi ədaləti, həm də müəllim peşəsinin nüfuzunu qoruyar.

Musiqi fənni öz təbiətinə görə yalnız nəzəri testlərlə yoxlanıla bilməz. Bu sahədə pedaqoji səriştə, metodik yanaşma, şagirdlə işləmə bacarığı və bədii-estetik zövq kimi keyfiyyətlər əsas meyar olmalıdır. Bütün bu xüsusiyyətlərin qiymətləndirilməsi isə yalnız vahid test və ya şifahi cavablarla mümkün deyil. Buna görə də Azərbaycan təhsil sistemi musiqi müəllimlərinin attestasiyasını daha əhatəli, mərhələli və şəffaf bir model əsasında yenidən qurmalıdır”.
 

Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Aprel 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see217

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see164

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see152

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see149

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see147

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see128

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see126

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see125

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see125

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see125

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see124

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see123

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see120

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see120

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see120

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see118

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see117

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri