Icma.az
close
up
RU
Gizli moda paytaxtları: Mütəxəssislər turistlər üçün 11 şəhəri açıqladı

Gizli moda paytaxtları: Mütəxəssislər turistlər üçün 11 şəhəri açıqladı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Dünyada dəb gündəmini hələ də Milan, Paris, Nyu-York və London kimi klassik moda həftələri müəyyən etsə də, getdikcə daha çox insan öz üslubunu formalaşdırmaq üçün fərqli və az tanınan şəhərlərdən ilham alır. 

Qaynarinfo xəbər verir ki, "Skyscanner" portalı məşhur stilist və moda eksperti Sita Abeyyan ilə birlikdə modasevərlərə tövsiyə olunan 11 gizli moda mərkəzini təqdim edib.

Dünyanın 11 gizli moda paytaxtı

* Marakeş, Mərakeş. Şəhər rəngarəngliyi və zövqlü bazarları ilə moda ilhamı mənbəyi sayılır. Fransız modelyer İv Sen-Loranın Marrakeş sevgisi "Dior"un 2020-ci ildə El-Badi sarayında şou keçirməsinə səbəb olmuşdu. Xüsusilə dəri məmulatları ilə tanınır.

* Dakar, Seneqal. Burada 2002-ci ildə dizayner Adama Ndiaye tərəfindən başlanan moda həftəsi Afrikanın ən nüfuzlu tədbirlərindən biridir. Plateau rayonunda atelyelər və qalereyalar birləşərək şəhərin yaradıcı mühitini formalaşdırır.

* Akkra, Qana. Parlaq rənglər və zəngin fakturalarla seçilən Qananın moda səhnəsi ənənəvi kente toxuculuğu və incə biçimi ilə fərqlənir.

* Buenos-Ayres, Argentina. "Cənubi Amerikanın Parisi" adlanan şəhər zərif butikləri və alternativ küçə üslubu ilə seçilir. Xüsusilə 60-cı illər üslubundakı siluetlər və köhnə cins parçalar diqqət çəkir.

* Mexiko, Meksika. Frida Kalonun fərdi üslubundan qaynaqlanan folklorla müasirliyin sintezi bu gün də şəhərin modasında öz əksini tapır.

* Tokio, Yaponiya. Konseptual mağazaları və unikal küçə dəbi ilə tanınır. Burada həm avangard, həm də klassik siluetlər yanaşı mövcuddur.

* İstanbul, Türkiyə. Tarixi "Qapalıçarşı"dan başlayan moda irsi bu gün punk/rok mədəniyyəti ilə birləşərək ənənə və müasirliyin sintezi halına gəlir. Kadıköy bölgəsi xüsusilə yaradıcı üslubu ilə fərqlənir.

* Tiflis, Gürcüstan. "Balenciaga"nın kreativ direktoru Demna Qvasaliya ilə məşhurlaşan şəhərdə gənc dizaynerlər və texno-rave mədəniyyəti moda ilə sıx bağlıdır.

* Kopenhagen, Danimarka. Sadə, funksional və şık dəstləri ilə tanınır. Vesterbro rayonu isə kreativ butiklərin mərkəzi sayılır.

* Krakov, Polşa. Minimalist və ekoloji dəbli yanaşması ilə seçilir. Tarixi Kazimej rayonu yerli dizaynerlərin butikləri ilə zəngindir.

* Berlin, Almaniya. Mədəni azadlıq və təkrar istifadə üslubu şəhərin əsas moda fəlsəfəsini formalaşdırır. Neukölln və Kreuzberg rayonları unikal klub geyimləri və alternativ üslubları ilə məşhurdur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri