Icma.az
close
up
RU
Deputat: Müəllimlərin tədqiqatla məşğul olması üçün qrantlar ayrılmalıdır

Deputat: Müəllimlərin tədqiqatla məşğul olması üçün qrantlar ayrılmalıdır

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Universitetlər dünyada öz rolunu dəyişib. Əvvəllər onlar yalnız təhsillə məşğul olurdular. Lakin son illərdə Qərb, indi isə Asiya ölkələrində universitetlər tədqiqat və innovasiya mərkəzlərinə çevrilib. Bu qurumlar artıq texnoloji yeniliklər və kəşflər edir, onları kommersiyalaşdıraraq bazara çıxarır və bununla da iqtisadi inkişafı stimullaşdırırlar”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib.

O bildirib ki, universitetlərdə yaradılan texnoparklar bu dəyişikliyin nümunəsidir. Şirkətlər universitetlərlə əməkdaşlıq edir, vergi güzəştlərindən faydalanır, müasir laboratoriyalardan və təhsil resurslarından istifadə edirlər. Nəticədə biznes və ali məktəblər birləşərək innovasiya və texnoloji inkişafı irəli aparır:

“Hazırda bizim universitetlərdə, əsasən, klassik yanaşma hökm sürür, yalnız tədris fəaliyyətinə diqqət yetirilir. Ənənəvi olaraq, ölkəmizdə tədqiqatların böyük hissəsi Milli Elmər Akademiyasında aparılır. Bu, sovet dövründən miras qalmış bir sistemdir. Universitetlərdə tədqiqat üçün nə ayrıca fondlar mövcuddur, nə innovasiya işləri aparılır, nə də kommersiyalaşdırma  fəaliyyətləri həyata keçirilir.

Universitetlər öz rolunu yalnız tədrisdə görür və bazara yeni məhsulların çıxarılması, kəşflərin edilməsi, innovasiyaların tətbiqi kimi məsələlərə diqqət yetirmirlər”.

Onun fikrincə, bu yanaşma dəyişilməlidir. Universitetlərdə yeni imkanlar yaratmaq, tədqiqat fondları təsis etmək lazımdır. Müəllimlərin tədrislə məşğul olması ilə yanaşı, tədqiqat işləri apara bilməsi üçün də qrantların ayrılması təmin edilməlidir:

“Beləliklə, həm innovasiyanı, həm də ölkəmizin iqtisadiyyatını irəli apara bilərik. Universitetlərin biznes mühitinə inteqrasiya olunması isə bu prosesin mühüm bir hissəsini təşkil edir. Burada, əsasən, müəllimlər, tədqiqatçılar və gənc alimlərdən söhbət gedir. Lakin startap və innovasiya layihələrində tələbələrin iştirakı da vacibdir. Tələbələr belə layihələrə qoşulduqda onlarda tədqiqatlara maraq yaranır və nəticədə gənc kadrlar yetişir”.

Fariz İsmayılzadənin sözlərinə görə, hazırda elm sahəsində gənc kadrların azlığı müşahidə edilir. Elmi araşdırmalarla əsasən yaşlı nəsil məşğuldur:

“Lakin bu cür layihələr və universitetlərin tədqiqat fəaliyyəti vasitəsilə gəncləri də bu işlərə cəlb edə bilərik. Burada həm şəffaflıq, həm də rəqabətə əsaslanan idarəetmə üsulu olmalıdır. Ən yaxşı layihələr, qrantlar və elmi potensiala malik araşdırmalar dəstək almalıdır”.

Deputat əlavə edib ki, əgər tədqiqatların sayı artarsa, elmi nailiyyətlərin sayı da çoxalar və bu, universitetlərimizin reytinqinə müsbət təsir edər. Eyni zamanda, nəşrlərin sayı çoxalar, alimlərimizin reputasiyası yüksələr və beynəlxalq səviyyədə ikitərəfli və çoxtərəfli tədqiqat layihələrinin həyata keçirilməsi üçün imkanlar yaranar.

Qeyd edək ki, universitetlərdə tədqiqat fondlarının yaradılması təşəbbüsünü deputat Fariz İsmayılzadə Milli Məclisin martın 14-də keçirilmiş plenar iclasında da səsləndirib.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri