Icma.az
close
up
RU
Müəllimlərin attestasiyasından kim qazandı? Mədəniyyət xadimləri danışdı

Müəllimlərin attestasiyasından kim qazandı? Mədəniyyət xadimləri danışdı

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən il  Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən məktəblərin 4 minə yaxın müəlliminin qiymətləndirilməsi aparılıb. Bu il isə 8 min nəfər musiqi, incəsənət müəlliminin attestasiyası keçiriləcək. 

“Qafqazinfo” bununla bağlı mədəniyyət xadimlərinin fikirlərini təqdim edir:

Vüqar Camalzadə,

Azərbaycanın Əməkdar Artisti, dosent, bəstəkar

“Birmənalı mədəniyyətimiz qazandı. Həmçinin valideyn, şagird və müəllim qazandı. Mədəniyyət Nazirliyinin bu attestasiyası dərin layları tərpədə bildi. İnşallah bütün ölkə üzrə incəsənət məktəblərinin müəllimlərinin attestasiyası bu il yekunlaşacaq. Nəticəsi isə həm musiqi və incəsənət məktəblərində veriləcək təhsildə, həm də gələcək Azərbaycan musiqisinin inkişafında böyük rol oynayacaqdır”.

Aybəniz Haşımova,

Azərbaycan Respublikasının Əməkdar artisti, Sənət Akademiyasının təsisçisi və baş müəllimi, “Bülbüllər” vokal qrupunun yaradıcısı

“Attestasiya prosesi gizli qalan, lakin potensialı olan istedadlı mütəxəssislərin aşkara çıxmasına şərait yarada bilər. İşçilərin öz üzərlərində daha çox işləməyə, biliklərini artırmağa və yeniliklərə daha çox yol açır. Bu isə ümumi mədəni mühitin canlanmasına səbəb olur. Son aylarda mən görürəm ki, nə qədər müəllim öz üzərində işləməyə başlayıb. Son iki ilədək musiqi məktəbləri sanki unudulmuş sahə idi. İndi bu məktəblərin statusu yüksəlib. Əməlli başlı yarışma başlayıb”.

Könül  Hüseynova,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru

“Attestasiya imtahanının ilk 2025-cü ildə keçirilən mərhələsi musiqi təhsil sistemində həm ifaçılıq, həm də peşəkarlıq baxımından istedadlı, fəal müəllimlərin üzə çıxmasına təkan vermiş oldu. Onlar ruhlanaraq yeni yaradıcılıq axtarışlarına doğru istiqamətlənmiş və daha məhsuldar şəkildə, özlərinə böyük əminliklə işlərinə davam etmişlər. Ümid edirəm ki, qarşıdakı attestasiya imtahanları daha böyük müsbət nəticələri ilə mədəniyyətimizin inkişafına təkan verəcək”.

Şirzad Fətəliyev,

Azərbaycan Resbubilkasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının instrumental muğam kafedrasının baş müəllimi

“Attestasiyanın keçirilməsi pedaqoji kadrların peşə hazırlıq səviyyəsinin qiymətləndirilməsi və təhsil prosesinin keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mexanizm təhsil sistemində şəffaflığın, obyektivliyin və mədəni inkişafın davamlı təmin olunmasına xidmət edir”.

Fidan Haciyeva,

Xalq artisti, Opera Balet Teatrının Solisti

“Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müəllimlərin attestasiyası onların özlərinə inamının artması, eyni zamanda şagirdləri qarşısında özlərini təsdiq etmələri baxımından böyük əhəmiyyət daşıyır. Çünki vokal sahəsi elə bir sahədir ki, müəllim daim öz üzərində işləməli, yüksək artistik və səhnə bacarıqlarına yiyələnməlidir ki, şagirdlərini də bu istiqamətdə inkişaf etdirə bilsin. İnanıram ki, bu il də böyük müəllim ordusu bu sınaqdan üzüağ çıxacaq”.

Qəzənfər Abbasov, Azərbaycan Respubilkasının Əməkdar müəllimi, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, xanəndə

“Attestasiya Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqi elminə və təhsilə çox böyük təsir göstərəcək. Yalnız Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri deyil, eyni zamanda Təhsil Nazirliyinin tabeliyindəki musiqi elmi ilə məşğul olan digər təhsil müəssisələri, musiqi kollecleri və gimnaziyalar Mədəniyyət Nazirliyinin musiqi məktəbləri üzrə təşkil etdiyi attestasiyadan ruhlanaraq öz üzərlərində daha məsuliyyətlə işləməyə başlayıblar. Bölgələrdə musiqi müəllimləri ilə keçirilən məlumatlamdırıcı görüşlər zamanı mənə və digər həmkarlarıma ixtisas, pedaqogika və metodika ilə bağlı ünvanlanan suallar bu sahədə mövcud problemləri üzə çıxarır, eyni zamanda attestasiyanın yalnız formal qiymətləndirmə olmadığını, əksinə, müəllimlərin peşəkar inkişafına real töhfə verdiyini göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see182

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri