Icma.az
close
up
RU
Müəllimlərin bir stavka dərs yükü 12 saata endirilsin! TƏKLİF

Müəllimlərin bir stavka dərs yükü 12 saata endirilsin! TƏKLİF

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Müəllimin dərs yükü tədrisin keyfiyyətinə bilavasitə təsir göstərən əsas amillərdəndir. Amma təəssüf ki, sosial-iqtisadi vəziyyət müəllimləri çox dərs deməyə məcbur edir”.
Modern.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov müəllimlər arasında daim  müzakirə olunan “dərs yükü” məsələsinə münasibət bildirərkən deyib.

K.Əsədov deyib ki, 2016-cı ildə bir stavka dərs yükünün 12 saatdan 18 saata qaldırılması ciddi səhv idi. Bu qərar müəllimin fənnə, şagirdə və özünə vaxt ayırmaq imkanlarını məhdudlaşdırdı.

“Hesab edirəm ki, müəllimlərin bir stavka dərs yükü yenidən 12 saata endirilməli, əlavə olaraq isə hər bir müəllim üçün sabit vəzifə maaşı (500-600 manat arası) müəyyən edilməlidir. Dərs yükünə görə isə ayrıca ödəniş tətbiq olunmalıdır”, - təhsil eksperti deyib.

K.Əsədovun sözlərinə görə, ABŞ, Böyük Britaniya, Türkiyə və Almaniya kimi ölkələrdə müəllimlərin dərs saatları 19-30 saat aralığında tənzimlənir. Azərbaycanda isə bu rəqəm bəzi hallarda həftədə 36 saatı aşır.
“Təsəvvür edin: 36 saat dərs deyən müəllimlə, 12 saat dərs deyən müəllimin dərs keyfiyyəti eyni ola bilərmi? Əlbəttə, xeyr. Bu həm müəllimi, həm şagirdi itirən bir sistemdir.

Keyfiyyətli təhsil istəyiriksə, əvvəlcə müəllimə keyfiyyətli iş şəraiti yaratmalıyıq”.
Xatırladaq ki, 2016-cı ilədək müəllimlərin bir stavka dərs yükü 12 saat idi. Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli qərarına əsasən, diaqnostik qiymətləndirməsi aparılan müəllimlərə "bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı” müəyyən edilib.

A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri