Icma.az
close
up
RU
Müəllimlərin maaş sisteminə yenidən baxılmalıdır AÇIQLAMA

Müəllimlərin maaş sisteminə yenidən baxılmalıdır AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Müəllimlərin 8 saatlıq iş rejiminə keçidi ilk baxışdan “daha çox nəzarət, daha az repetitorluq” kimi görünə bilər. Amma məsələ bir qədər dərin və sistemlidir. Müəllim məktəbdə 8 saat qalacaqsa, bu zaman diliminin necə istifadə olunacağı əsas məsələdir. Əgər həmin saatlar sadəcə “iş yerində qalmaq”la məhdudlaşacaqsa, bu nə müəllimin motivasiyasını artıracaq, nə də repetitorluğa təsir edəcək. Lakin əgər bu saatlar planlı şəkildə dərsə hazırlıq, şagirdlə fərdi məşğuliyyət, metodik inkişaf və məktəbdaxili təlimlərə yönəldilərsə, o zaman müəllim təbii şəkildə repetitorluq fəaliyyətindən uzaqlaşacaq, çünki ehtiyac qalmayacaq”.
Bunu Demokrat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. Onun sözlərinə görə, repetitorluğun kökündə müəllimin əlavə gəlir ehtiyacı, bəzən də şagird və valideynlərin məktəb sisteminə inamsızlığı dayanır:
“Ona görə bu addımın real nəticə verməsi üçün paralel olaraq maaş sisteminə də yenidən baxılmalıdır. Əks halda, iş saatı artacaq, amma gəlir eyni qalacaq — bu isə müəllimin motivasiyasını azaldacaq və əlavə iş axtarışını dayandırmayacaq.
Dünya təcrübəsinə baxanda, Finlandiya, Norveç, Yaponiya kimi ölkələrdə müəllimlər 7–8 saatlıq iş rejimindədir, amma fərq ondadır ki, bu saatların çoxu dərsdənkənar hazırlıq, kollegial müzakirə, metodik iş və şagirdlə fərdi məsləhətlərə sərf olunur. Onlara bu fəaliyyətlər üçün əlavə əməkhaqqı, istirahət imkanı və peşəkar inkişaf dəstəyi verilir. Yəni “8 saatlıq iş günü” yalnız məcburi rejim deyil, eyni zamanda keyfiyyətli təhsil üçün yaradılan şəraitin bir hissəsidir.
Azərbaycan üçün də bu addım doğrudur, amma mərhələli və düşünülmüş şəkildə tətbiq edilməlidir. Ən vacibi, müəllimin məktəbdə keçirdiyi hər dəqiqə dəyərli olmalıdır. Əgər bu islahat həm şəffaf maaş artımı, həm də peşəkar inkişafla müşayiət olunsa, repetitorluq fəaliyyəti tədricən təbii şəkildə azalacaq — qadağalarla yox, keyfiyyətlə.”
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri