Icma.az
close
up
RU
Müəllimlərin qənaətbəxş olmayan maaş mexanizmi: Orta aylıq əməkhaqqı uzaq görünür

Müəllimlərin qənaətbəxş olmayan maaş mexanizmi: Orta aylıq əməkhaqqı uzaq görünür

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Orta məktəb müəllimlərinin məvacibi ilə bağlı yayılan statistika çox təəccüblü görünür.

Məsələn, müəllimlərin 33 faizinin 1000-1500 manat arası maaş alması bir az da inandırıcı səslənmir. Sanki gerçək mənzərə xeyli fərqlidir. Rəsmi statistikaya müəllimlərin sosial mediada reaksiyası da müsbət görünmür. Rəylərdə qeyd olunan nüanslar əməkhaqqı məsələsindəki yanlış təəssüratı ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, müəllimlərin orta aylıq məvacibinin 965 manat olduğu bildirilir. Ölkədə orta aylıq əməkhaqqının məbləğinin isə 1084 manat olduğu iddia edilir. Yəni müəllimlərin əksərinin orta aylıq məvacibi görməməsinə əminlik yaranır. Amma rəsmi statistika bu barədə də danışıb. Orta məktəb müəllimlərinin 55 faizi 1000 manatdan az maaş alır. 33 faizlik kəsimlə bağlı göstəricini yazdıq. Guya qalan 12 faizin də məvacibi 1500 manatı aşır.

Hər şeydən əvvəl rəsmi rəqəmlər də nikbinliyə çox əsas vermir. Müəllimlərin təxminən 60 faizi orta aylıq əməkhaqqı qədər qazanmır. Halbuki nümunə götürdüyümüz ölkələrin əksərində belə deyil. Həmin dövlətlərdə orta məktəb müəllimlərinin daha kiçik hissəsinin orta aylıq əməkhaqqıdan az qazandığı məlumdur.

Orta məktəb müəllimi Rasim Süleymanlı sosial mediada yazır ki, qazancdan söz düşəndə gəlir vergisini, DSMF, icbari tibbi sığorta, Həmkarlar Komitəsi xərclərini də nəzərə almaq lazımdır. Müəllim tutulmaların ümumi payının 22,5 faizə çatdığını bildirir. Yəni rəsmi məvacibinin 1000 manat göstərildiyi müəllimlərin aylıq qazancı heç 800 manata çatmır.

Sosial platformalarda xüsusi vurğulanan digər məqam MİQ-ə təqdim olunan vakant yerlərin əksərində dərs saatının 15-i keçməməsidir. Yəni müəllim imtahanda uğur qazansa da, onu məktəbdə qənaətbəxş məvacib gözləmir.

Ölkədə nəinki müəllimlərin, ümumiyyətlə, əksəriyyətin məvacib səviyyəsi aşağıdır. Təhsilin keyfiyyətinin artmasında isə bu məsələ çox vacib rol oynayır. Müəllimlərin böyük hissəsinin onsuz da qənaətbəxş sayılmayan orta aylıq əməkhaqqıdan uzaq düşməsi yolverilməzdir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri