Icma.az
close
up
RU
Müəllimlərin sertifikasiyası 2 ildən bir keçirilməlidir Təhsil eksperti

Müəllimlərin sertifikasiyası 2 ildən bir keçirilməlidir Təhsil eksperti

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sertifikatlaşdırmanın 5 ildən bir deyil, 3, hətta 2 ildən bir keçirilməsi nəticələrin daha uğurlu olmasına səbəb ola bilər".

Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

"Müəllimlərin sertifikatlaşdırılması prosesinə Azərbaycanda ilk dəfə 2022-ci ildən başlanılıb. Bu proses ölkəmizdə ilk dəfə keçirilməsinə baxmayaraq, uğurla davam edir. Doğrudur, sertifikatlaşdırma prosesinin həyata keçirildiyi ilk illərdə texniki və təşkilati istiqamətlərdə müəyyən problemlər var idi. Lakin zaman keçdikcə Elm və Təhsil Nazirliyi, eləcə də İnsan Resursları Mərkəzi tərəfindən bu boşluqların əksəriyyəti müsbət istiqamətdə aradan qaldırıldı.

Hazırda sertifikatlaşdırma prosesində əsas boşluqlar texniki və təşkilati məsələlərlə deyil, qaydalarla bağlıdır. Bu imtahan Ukrayna və Qazaxıstan təcrübəsinə əsasən təşkil olunub. Həmin ölkələrdə müəllimlərin qiymətləndirilməsi mexanizmləri dünya miqyasında uğurla tətbiq edilir. Azərbaycanın bu təcrübəyə üz tutması doğru addım idi, lakin bəzi detallar var ki, burada Ukrayna və Qazaxıstanın qaydalarından fərqli olaraq, öz yanaşmamız tətbiq edilib.

Qaydalarla bağlı ən çox tənqid edilən məqam qiymətləndirmə sistemidir. Bildiyimiz kimi, sertifikatlaşdırmanın test imtahanı mərhələsində maksimum bal 60-dır. 31-50 bal toplayan müəllimlərin maaşına 10%, 50-dən yuxarı bal toplayanların maaşına isə 35% əlavə edilir. Bu qaydalar bir çox müəllim tərəfindən birmənalı qarşılanmayıb. Çünki 31 bal toplayan da 10% artım alır, 50 bal toplayan da. Həmçinin 51 bal toplayan da 35% artım alır, 60 bal toplayan da. Faizlər arasında diferensial bölgünün artırılması daha ədalətli olardı. Məsələn, 31-41 bal toplayanların maaşına 10%, 41-51 bal toplayanların maaşına isə 20% əlavə olunması daha məqbul görünür.

Sertifikatlaşdırmanın 5 ildən bir keçirilməsi də müəyyən problemlərə səbəb olur. Bəzi müəllimlər hazırda özlərini daha bilikli və hazırlıqlı hiss edirlər. Lakin onlar əməkhaqqını əvvəlki nəticələrinə əsasən alırlar. Bu narazılıqların qarşısını almaq üçün sertifikatlaşdırma prosesinin 5 ildən bir deyil, 2 və ya 3 ildən bir keçirilməsi daha məqsədəuyğun olardı.

Bəzi insanlar hesab edir ki, sertifikasiya müəllimlərin nüfuzuna mənfi təsir göstərib. Lakin əslində bu proses müəllimlərin nüfuzuna xələl gətirməyib, əksinə, real vəziyyəti üzə çıxarıb. İki il əvvəl nazirlik tərəfindən sertifikasiya nəticələrinə dair keçirilən konfransda məlum oldu ki, zəif nəticə göstərənlərin 90%-i kollec məzunlarıdır. Hazırda həmin kolleclərin əksəriyyəti fəaliyyətini dayandırıb. Bu isə sertifikatlaşdırmanın təhsildə süzgəcləmə rolunu oynadığını sübut edir. Əgər bu prosesə 2022-ci ildə yox, 2015-ci ildə başlanılsaydı, təhsildə daha müsbət nəticələr əldə etmək mümkün olardı.

Sertifikatlaşdırmanın elmi-statistik təhlilinə geniş ictimaiyyət bələd olmasa da, təhsil mütəxəssisləri və rəsmi qurumlar bu detalları araşdırır. Məsələn, ibtidai sinif müəllimlərinin niyə zəif nəticə göstərdiyi, riyaziyyat məsələlərində niyə çətinlik çəkdikləri kimi məsələlər elmi təhlillərdən keçirilir. Bu təhlillərin yalnız nəzəri deyil, praktiki olaraq da tətbiq olunması vacibdir.

Hər bir halda sertifikatlaşdırmanın müəllim imicinə ciddi zərbə vurduğunu düşünmürəm. Əksinə, bu proses müəllim peşəsində düzgün süzgəcləmə rolunu oynayır. Sertifikatlaşdırmanın 5 ildən bir deyil, 3, hətta 2 ildən bir keçirilməsi nəticələrin daha uğurlu olmasına səbəb ola bilər",- deyə E.Nuri fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Mart 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri