Icma.az
close
up
RU
İnsanlar artıq anlayırlar ki, qan vermək ictimai məsuliyyətdir

İnsanlar artıq anlayırlar ki, qan vermək ictimai məsuliyyətdir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Son illər qan donorluğu sahəsində müşahidə olunan aktivlik çox sevindirici göstəricidir

Bu ilin ilk 9 ayı ərzində Respublika Qan Bankında və onun regional bölmələrində təxminən 100 min nəfər könüllü şəkildə qan verərək donor olub. Bu barədə Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verib. Ötən ilin eyni dövründə donorların sayı təxminən 93 min nəfər təşkil edib. Bildirilib ki, Səhiyyə Nazirliyinin Respublika Qan Bankına (mərkəz və 8 regional bölmə daxil olmaqla) ötən il ərzində ümumilikdə 126 234 nəfər müraciət edib. Onlardan 124 148 nəfər qan donoru olub. Hesabat dövründə tibb müəssisələri tərəfindən qan və qan komponentlərinə dair bütün müraciətlər təmin edilib, tələb olunan miqdarda qan və qan komponentlərinin buraxılışı həyata keçirilib. Son illərdə tibbi xidmətlərin həcminin artması qan və onun komponentlərinə tələbatı da yüksəldib. Qeyd etmək istərdik ki, Səhiyyə Nazirliyinin Media və kommunukasiya şöbəsinin dəstəyi ilə aparılan təbliğat-təşviqat tədbirləri nəticəsində ölkəmizdə qan donorluğuna maraq artmaqdadır. Qeyd edilib ki, Respublika Qan Bankı tərəfindən qan ehtiyatlarının qorunması və artırılması məqsədilə mütəmadi qanvermə aksiyaları keçirilir, könüllü donorların iştirakı ilə ehtiyatlar daim yenilənir. Əsas məqsəd – ölkə üzrə bütün qan qruplarından olan resipiyentlərin qan və onun komponentləri ilə vaxtında və etibarlı şəkildə təmin edilməsidir.

Terapevt Şəmsiyyə Namazova “Şərq”ə açıqlamasında bildirib ki, son illər qan donorluğu sahəsində müşahidə olunan aktivlik çox sevindirici göstəricidir. İnsanlar artıq anlayırlar ki, qan vermək təkcə humanist addım deyil, həm də ictimai məsuliyyətdir:

“Bu həm cəmiyyət, həm də fərd üçün xeyirlidir. Çünki qan verən şəxsin sağlamlığı da mütəmadi nəzarətdə olur, donor hər dəfə qan verməzdən əvvəl tibbi yoxlamadan keçir. Bundan əlavə, qanvermə orqanizmdə maddələr mübadiləsini stimullaşdırır, immun sisteminə müsbət təsir göstərir”.

Həkimin sözlərinə görə, tibbi xidmətlərin artması və əməliyyat sayının çoxalması qan ehtiyacını artırır, buna görə də qan banklarının daim dolu saxlanması strateji əhəmiyyət daşıyır: “Respublika Qan Bankının fəaliyyəti son illər daha sistemli qurulub. Lakin bu sahədə davamlılıq vacibdir. Donor olmaq bir dəfəlik deyil, dövri olaraq həyata keçirilməlidir ki, ehtiyatlar heç vaxt tükənməsin”.

Mütəxəssis qan donorluğuna marağın artmasını müsbət qiymətləndirsə də, bu sahədə bəzi çatışmazlıqların hələ də mövcud olduğunu da qeyd edir. Onun fikrincə, ən böyük çatışmazlıq odur ki, əksər insanlar bir dəfə qan verib bununla kifayətlənirlər: “Qan Bankında qeydiyyatdan keçmiş daimi donorların sayı artsa da, bu hələ ölkə üzrə tələbatı tam ödəmir. Müntəzəm donor bazasının genişləndirilməsi və elektron qeydiyyat sisteminin təkmilləşdirilməsi vacibdir. Halbuki qan donorluğu davamlı olmalıdır. Donorlar müəyyən aralıqlarla qan verməyə vərdiş etməlidirlər. Bu, sistemin sabitliyini təmin edən əsas amildir. Onu da deyim ki, böyük şəhərlərdə təbliğat-təşviqat işləri aparılsa da, bölgələrdə bu proses hələ yetərli səviyyədə deyil. İnsanlar qanvermənin tibbi və sosial faydalarından tam xəbərdar deyillər. Xüsusilə gənclər və kənd əhalisi arasında maarifləndirmə gücləndirilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri