Icma.az
close
up
RU
Ev heyvanı olan insanlar daha rahat yatır PSİXOLOQ

Ev heyvanı olan insanlar daha rahat yatır PSİXOLOQ

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Stressi yox edir, ruhu sakitləşdirir

İtləri, pişikləri sığallamaq beyin üçün son dərəcə faydalıdır. Bazel Universitetinin tədqiqatçıları dördayaqlılarla maraqlı bir təcrübə aparıblar və məlum olub ki, onlar sahiblərinin beyinlərini unikal şəkildə aktivləşdirir. Bu barədə “Medicina” xəbər paylaşıb. Bildirilir ki, təcrübə zamanı iştirakçılardan ya divanda oturan canlı itləri, ya da canlı itlərə bənzəyən it formasındakı oyuncaq heyvanları sığallamaları istənilib. Tədqiqatçılar eyni zamanda könüllülərin beyinlərini skan edərək bu prosesin onlara necə təsir etdiyini anlayıblar. Məlum olub ki, yalnız canlıları sığallamaq beynin düşüncə və hisslərimizi idarə frontal korteksin aktivləşməsinə səbəb olur. Eyni hal oyuncaqlarla təmas zamanı baş vermir. Alimlər xüsusilə frontal korteksə maraq göstərirlər, çünki o, yaddaş, problem həlli və diqqət, eləcə də bir sıra sosial-emosional proseslər daxil olmaqla bir sıra icra funksiyalarında iştirak edir. Heyvanların köməyi ilə aparılan terapiyanın canlılığı və beyni aktivləşdirmək qabiliyyəti barədə əlavə dəlillər əldə edilib. Məsələn, pişikləri sığallamaq yüksək qan təzyiqi olan insanlara fayda verə bilər. Beyin reabilitasiyası insult, beyin zədələri və tutma xəstəlikləri keçirmiş insanlar üçün vacibdir. Onlar tədricən həyata qayıtmalı, ünsiyyət qurmaq və reallığı qavramaq qabiliyyətlərini bərpa etməlidirlər. Artıq sübut edilib ki, bu xəstələrə itləri sığallamağa və onlarla qarşılıqlı təmasda olmağa icazə vermək frontal korteks fəaliyyətini artırır. Dördayaqlı dostlarımızla təmasda olmaq həqiqətən də beyin fəaliyyətinə müsbət təsir edirmi? 

Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında qeyd etdi ki, ev heyvanları saxlayan insanların psixikası sakit, əhvali-ruhiyyəsi yüksək olur: 

- Mütəxəssislər insanların ruh sağlamlığının qorunmasında ev heyvanlarının böyük rol oynadığını qeyd edirlər. Uzun və yorucu iş günündən sonra evə gəlirsiz, sizi evdə gözləyən, qarşılayan varsa, bu, dördayaqlı canlıdırsa da, bütün stress və yorğunluq aradan qalxacaq. Heyvanlarla vaxt keçirmək, onlara qulluq göstərmək, yemləmək, onları sığallamaq insanın əhvali-ruhiyyəsinə müsbət təsir göstərir. İnsanın özünü kiməsə lazımlı hiss etməsi həyata bağlanmaq üçün vacib şərtdir. Təkcə bu deyil. Uşaqlara kiçik yaşlarından etibarən canlılara, ümumən təbiətə bağlılıq hissi aşılanmalıdır. Uşaq bilməlidir ki, o, dünyada tək canlı varlıq deyil. Başqaları da var və biz hamımız bir yerdə, birgə mehriban şəkildə yaşamalıyıq. Heyvanlara mərhəmət hissi ilə yanaşmalıyıq. Onlar da təbiətin, həyatın, yaşayışımızın mühüm bir parçasıdır. Onlara bacardıqca yardım etmək, qidalandırmaq lazımdır. Soyuq aylarda quşlar üçün yuva düzəltmək, qabda su, yem qoymaq olar. Bunlar küçə heyvanları – itlər, pişiklər üçün də vacibdir.    

F.Mehmanqızı qeyd etdi ki, Çində 25-40 yaş arası insanlar arasında aparılan araşdırmalar zamanı evində heyvan saxlayan insanların saxlamayanlara nisbətən özlərini daha rahat hiss etdikləri və daha rahat yatdıqları müəyyən olunub: 

- Ev heyvanı deyərkən ağlımıza ilk it və pişik gəlir. Lakin bunlarla yanaşı bir sıra evdə saxlanılması mümkün olan heyvanlar var ki, onlar da müsbət enerjiyə malikdir. Məsələn, akvariumdakı balıqlar, quşlar, həyət evlərində toyuq-cücə və sair seyr etmək, onlara qulluq göstərmək əzələ gərginliyini aradan qaldırır, ürək döyüntülərini nizamlayır. Bütün bu araşdırmalar sübut edir ki, heyvanlar həyatın və vacib komponentidir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri