Icma.az
close
up
RU
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?

Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Təhsil İnstitutu bölgələrdə təhsil ictimaiyyəti ilə dialoqun genişləndirilməsi məqsədilə müəllimlərlə silsilə görüşlərə başlayıb. 

Təhsil İnstitutunun məlumatına görə, görüşlərin məqsədi bölgələrdə çalışan müəllimlərin tədris prosesi ilə bağlı fikirlərini dinləmək, onları maraqlandıran sualları cavablandırmaq və mövcud çətinlikləri müzakirə etməkdir. 

Müxtəlif regionlarda mütəmadi təşkil olunacaq görüşlərin ilk mərhələsində Azərbaycan dili və ibtidai sinif müəllimləri ilə dialoqlar keçirilir. Bu çərçivədə ilk görüşlər artıq Quba və Gəncə şəhərlərində baş tutub. 

Görüşlər zamanı dərsliklərin məzmunu, metodik vəsaitlərin tətbiqi, kurikulumun icrası, qiymətləndirmə mexanizmləri və şagirdyönümlü yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. 

Müəllimlər dərslərin daha səmərəli təşkili, şagird nailiyyətlərinin artırılması və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. 

Səsləndirilən rəy və təkliflər müzakirə olunub, müəllimlərin peşəkar inkişafına dəstək istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. 

Qeyd edək ki, müəllimlərlə silsilə görüşlərin keçirilməsi müsbətt addım olsa da onların mövcud problemlərinin həlli də vacib məqamlardan biridir. Son illər müəllimləri ən çox narahat edən amillərdən biri də maaşlarının sertifikasiyada toplanan bala uyğun artırılmasıdır. 

Yəni müəllimlər təklif edirlər ki, bala uyğun olaraq maaş da fərqlənsin. Məsələn, 60 bal toplayanlar 45 bal toplayanla eyni maaşı almaq istəmir. Beləliklə, müəllimlər hər bala uyğun maaşın tətbiq olunmasını təklif edirlər. Bu təklifin reallaşması mümkündürmü? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, bəzi islahatlar nəticəsində orta məktəb müəllimlərinin maaşları artırılsa da, bir sıra problemlər var: 

“Belə ki, hazırda müəllim işləyən şəxs sertifikasiya imtahanında mümkün 60 baldan 30-50 bal arası toplayanlar maaşın 10 faizini, 50-dən 60-a kimi bal toplayanlar isə maaşının 35 faizini əlavə kimi alırlar. Yəni 50 balı toplayan, sualların 83.3 faizinə düzgün cavab vermiş müəllimin maaşı 10 faiz artırılır.

Belə qənaət hasil olur ki, Elm və Təhsil Nazirliyi üçün 30 və 50 bal eyni əhəmiyyət daşıyır, fərq yaratmır. Bu, necə hesablama, hansı məntiqdir? Bu, anormal hesablamadır, hətta beynəlxalq standartlara belə uyğun gəlmir. Əgər bal nəzərə alınmırsa, müəllimlər 31 bal üçün çalışardılar”. 

Ekspert bu məsələ ilə bağlı öz təkliflərini bildirib: 

“Elm və Təhsil Nazirliyinə başqa bir differensial hesablama qaydası təklif edirəm. Bu, həm hüquqi, həm də ədalətli olardı. 31-35 bal toplayan müəllimlərin maaşı 10 faiz, 36-40 bal toplayanların 15 faiz, 41-48 bal toplayanların 25 faiz, 49-54 bal toplayanların 30 faiz, 55-60 bal toplayanların maaşı isə 35 faiz artırıla bilər. Burada rəqəmlərlə aşağı-yuxarı olmaqla azca dəyişiklik olar. Əsas məsələ odur ki, müəllim əməyi ilə oynanılmasın”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Müəllimlər Rizvan Fikrətoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 May 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri