Müəllimlərin sertifikatlaşdırılma prosesinin müsahibə mərhələsində qiymətləndirmə hansı meyarlar əsasında aparılır?
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 26 avqust, AZƏRTAC
Müəllimlərin sertifikatlaşdırılma prosesinin müsahibə mərhələsində qiymətləndirmə bir sıra meyarlar əsasında aparılır.
AZƏRTAC Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə istinadla qiymətləndirmə meyarlarını təqdim edir:
- proqram üzrə mövzunu təqdimetmə bacarığı;
- təhsilalanları qiymətləndirmə bacarığı;
- özünü təqdimetmə bacarığı;
- pedaqoji prosesi təşkiletmə bacarığı;
- ünsiyyət bacarığı.
Müsahibə mərhələsi maksimum 40 balla qiymətləndirilir.
Xatırladaq ki, avqustun 27-dən etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.
Test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Avqust 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















