Icma.az
close
up
RU
“Muğam” müsabiqəsində narazılıq: Mən həqiqətən üç yerdən birinə layiq idim AÇQLAMALAR

“Muğam” müsabiqəsində narazılıq: Mən həqiqətən üç yerdən birinə layiq idim AÇQLAMALAR

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Laçında keçirilən IX “Muğam” müsabiqəsinin finalında yaşanan qalmaqal müzakirə obyektinə çevrilib.

Mia.az-ın məlumatına görə, bəzi iştirakçılar yekun nəticələrdə haqsızlıq olduğunu bildirib. Hətta müsabiqənin final mərhələsinə vəsiqə qazanan Kənan Novruzov ona təqdim olunan diplomu qəbul etməyib: “Bütün xalq görsün ki, necə böyük haqsızlıq var muğam sənətində. Susmayaq”.

Qeyd edək ki, müsabiqədə 3 azyaşlılardan, 3 finalçılardan qalib seçilib. Digər ifaçılara isə diplomlar verilib.

Əsas haqsızlıq nədən ibarətdir? Müsabiqədə nə baş verib?

Globalinfo.az-a danışan iştirakçı Kənan Novruzov deyib ki, diplomat kimi təqdim olunduğuna görə mükafatı qəbul etməyib: “7 nəfər finalda idik. Lakin bizi müsabiqənin finalında ilk həftədən çıxan iştirakçıların sırasında – diplomat kimi təqdim etdilər. Ona görə də verilən diplomu qəbul etmədim. Finalçı olaraq mənə layiqli yer verilməyib. İştirak edən hər kəs mənim üçün dəyərlidir, kiminsə adını çəkə bilmirəm ki, bu layiq idi, bu yox. Etirazım odur ki, biz diplomat səviyyəsində deyildik, 3 ay əziyyət çəkmişdik. Bizi xalq bəyənirdi, ifalarımız da göz önündədir”.

Digər narazı iştirakçı Aycan Şükürlü də haqsızlıq olunduğunu hesab edir: “Münsiflər bütün müsabiqə boyu mənə yüksək bal verir və heç bir irad bildirmirdilər. Aşağı bal almadan məni yüksək göstərici ilə finala qədər gətirib diplomatlar sırasında gördülər. Bu, haqsızlıqdır. Mən həqiqətən üç yerdən birinə layiq idim. Yaşananlarla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışam”.

Müsabiqədə birinci yeri qazanan Aytac Bəybalayeva isə bildirib ki, münsiflərin qərarına hörmətlə yanaşır: "Münsiflərin qərarı barədə bir söz deməyə haqqım yoxdur. Sadəcə müsabiqədə yer qazana bilməyib qaliblərin əleyhinə rəy yaradan insanlara yazığım gəlir”.

8-16 yaşlı yeniyetmələr arasında birinci yerə layiq görülən Əhəd Ağayevin atası Mehdi Ağayev deyib ki, müsabiqədə qalibləri münsiflər təyin edib: “Münsiflər kimin hansı yerə layiq olduğunu müəyyənləşdirib və nəticədə bu seçim düzgün hesab olunur. Çünki sahənin mütəxəssisi olaraq ən doğru qərarı vermək də məhz onlara məxsusdur”.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see351

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see325

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see262

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see202

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see139

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see135

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see129

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see128

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see126

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi

15 Oktyabr 2025 15:56see124

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see123

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see123

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri