Icma.az
close
up
RU
Muğam Müsabiqəsinin nəticələri ləğv olunur? AÇIQLAMA

Muğam Müsabiqəsinin nəticələri ləğv olunur? AÇIQLAMA

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avqustun 25-də Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi keçirilib. Bu il 16–30 yaş kateqoriyasında qaliblər Aytac Bəybalayeva, Nərmin Mirzəyeva, Rəis Niftəliyev olub.

Lakin nəticələrin açıqlanmasından sonra ictimaiyyətdə müzakirələr başladı. Belə ki, iştirakçılardan Aycan Şükürlü və Kənan Novruzov sosial şəbəkələrdə münsiflərin qərarını qəbul etmədiklərini bildirərək nəticələrin ədalətli olmadığını iddia edirlər. 

Narazılıq bildirən ifaçılar müsabiqədə qiymətləndirmə meyarlarının aydın və şəffaf olmadığını deyirlər.

Muğam UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınan milli sərvətimizdir. Onun ətrafında yaranan hər bir mübahisə həm bu dəyərlərin nüfuzuna, həm də gələcək nəsil xanəndələrin motivasiyasına təsir edir. Əgər gənclər belə yarışmalarda obyektivlik görməzsə, ya iştirak etməkdən çəkinəcək, ya da sənətə inamını itirəcək. Bu isə milli musiqimizin təbliğində ciddi boşluqlar yarada bilər.

IX “Muğam” Televiziya Müsabiqəsinin finalından sonra yaranan narazılıqlar fonunda nəticələrin ləğvi ilə bağlı səsləndirilən fikirlər də gündəmin əsas mövzusuna çevrilib. İlk baxışda bu addım kəskin görünsə də, müəyyən müsbət tərəfləri də nəzərdən qaçırmaq olmaz.

Münsiflərdən biri olan Mələkxanım Əyyubova saytımıza açıqlamasında bu məsələyə xüsus ilə toxunub. Onun sözlərinə görə, münsiflərin iştirakçıları qiymətləndirməsi tam şəffaf və yan təsirlərdən uzaq olub:
“Biz heç nəyi gizlətməmişik, ballar da, hər şey də ortadadır. O boyda televiziyanı qarşımıza aldıq ki, 7 nəfəri seçək, amma alınmadı. Bu müsabiqədir, şərtlər ortadadır. Biz xalqın gözünün qarşısında böyümüşük, heç vaxt mənfi iş görmərik”.
M. Əyyubova onu da qeyd edir ki, hazırda prosesə narazılıq edən şəxslər finala güzəştlə gəliblər:
“Kənanı da, Aycanı da güzəştlə finala qədər çıxardıq. Kənan Ağdamda oxuyanda səsi qırıldı, oxuya bilmədi, gərək biz onu həmin vaxt çıxarardıq, amma insafla yanaşdıq. İndi onların etdiyi ayıbdır. Bütün müsabiqə boyu onlara güzəşt etmişik”.

Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi isə bildirib ki, indiyədək bütün müsabiqələrdə kim qalib gəlməyibsə, hamısı narazıdır:
"Yaxın günlərdə kino sahəsində də müsabiqə keçirəcəyik, əminəm ki, oradada da eyni hal yaşanacaq. Hər kəs hesab edir ki, onun yazdığı ssenari və ya oxuduğu ifa ən yaxşıdır, onun finalda qalib gəlməməyi ədalətsizlikdir. Çünki münsiflər nəticədə kimisə qalib seçəndə o tək həmin gün zil oxumağına baxmır, bütün müsabiqə boyu ifaların keyfiyyəti,  stabillik, özünü  göstərmək və digər bir çox şərtlərə cavab vermək lazımdır. Biz hətta ilk iyirmiliyi seçəndə də ora düşməyənlər etiraz edir, sosial mediada status yazırdılar". 
O bildirib ki, müsabiqə başlayanda SMS ilə qaliblər seçilirdi, burada da maddiyyat ön planan çıxır, kimin pulu varsa onlar müxtəlif yollarla səs qazanırdı. Bu səbəbdən də səsvermənin strukturu dəyişildi. 

Müsabiqənin nəticələrinin ləğvi ilə bağlı məsələlərə gəldikdə isə İlqar Fəhmi hələ ki, ona bu haqda məlumatın verilmədiyini bildirib. 
 


Məsələ ilə IX Muğam Müsabiqəsinin aparıcısı Mümtaz Xəlil bildirib ki, Muğam Televiziya Müsabiqəsini digər televiziya yarışmalarından fərqləndirən cəhətlərdən biri məhz sms səsverməsinin olmamağıdır. “Onun gələcək müsabiqələrdə ləğv olunacağı yaxud qalacağı barədə məndə heç bir məlumat yoxdur”.

İllərdir keçirilən Muğam Televiziya Müsabiqəsində milli musiqimizin təbliği və yeni istedadların önə çıxmasında əvəssiz rol oynayır. Bu səbəbdən müsabiqədə həm də ədalət, şəffaflıq və ictimai etimadın qorunmalıdır. Əks halda, musiqinin incəliklərini təbliğ etmək mümkün olsa da, sənətə olan inamı bərpa etmək çətin olar.
Məsələ ilə bağlı ictimaiyyətə yaxın günlərdə ətraflı məlumatın veriləcəyi gözlənilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri