Icma.az
close
up
RU
Muğanlı İsmayıllı Qəbələ hissəsində görülən işlərin 70 faizi icra edilib

Muğanlı İsmayıllı Qəbələ hissəsində görülən işlərin 70 faizi icra edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ağsu, 27 may, AZƏRTAC

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərin 70 faizi icra edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi Asim Məmmədlinin sözlərinə görə, Muğanlı-İsmayıllı- Qəbələ avtomobil yolunun əsası ötən əsrin 70-ci illərində qoyulub. Yol sürüşməyə meylli dağ yamaclarından keçir ki, bu da tez-tez sürüşmə hallarının baş verməsinə səbəb olurdu. Nəticədə yolda avtomobillərin hərəkəti dayanırdı. Yolun yenidən qurulması zamanı bu kimi amillər də nəzərə alınıb və tədbirlər görülür. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq.

Yolboyu Ağsuçay çayı üzərində asma körpü də inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə, yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib. Avtomobil tunelinin inşası zamanı yaşıllıq zolağına heç bir ziyan vurulmayıb.

Bakıdan şimal-qərb rayonlarına gedən ən qısa magistral yolun yenidən qurulması regionun sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Bu layihənin turizm, kənd təsərrüfatı və ticarət sahələrinə müsbət təsir edəcəyi gözlənilir. Yeni magistral yol avtomobillərin hərəkət rahatlığını və sürətini artıracaq, sürücülər üçün daha təhlükəsiz olacaq. Bununla yanaşı, yolun müasir tələblərə uyğun yenilənməsi ölkənin nəqliyyat infrastrukturunun inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Layihənin tamamlanması nəticəsində bölgədə iqtisadi əlaqələr möhkəmlənəcək, turizm potensialı artacaq və regiona investisiyaların cəlbi asanlaşacaq.

Ümumiyyətlə, Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik olmaqla, paytaxt Bakını İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa magistral hesab edilir. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.

Yolun tikintisi başa çatdıqdan sonra regionda turizm potensialının daha da artacağı proqnozlaşdırılır. İsmayıllı, Qəbələ və Şəki kimi turizm bölgələrinə gedən yolun keyfiyyətinin yaxşılaşdırılması daxili və xarici turist axınının çoxalmasına səbəb olacaq. Turistlərin rahat və təhlükəsiz səyahəti üçün yaradılan bu infrastruktur ölkənin turizm sektorunun inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 26-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri