Müğənni Hadise UNICEF lə əməkdaşlığa son qoydu
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Türkiyəli müğənni Hadise UNICEF üçün hazırladığı Ramazan yardımı videosuna görə yaranan tənqidlərdən sonra qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Türkiyənin Qəzza və Sudanla birlikdə "yardıma ehtiyacı olan ölkələr" sırasında çəkilməsi narazılığa səbəb olub.
Tənqidlərə Türkiyə prezidentinin baş müşaviri Oktay Saral da qoşulub.
Reaksiyaların artmasından sonra Hadise sosial şəbəkələrdə ikinci açıqlama yayaraq ictimaiyyətin həssaslığını anladığını və buna hörmətlə yanaşdığını bildirib. O, bundan sonra yardım fəaliyyətlərini UNICEF-dən müstəqil şəkildə davam etdirəcəyini qeyd edib.
Müğənni xüsusilə Ramazan ayında, başda Qəzza olmaqla ehtiyacı olan uşaqlara dəstəyini müstəqil formada davam etdirəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 24 Fevral 2026 02:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















