Müğənni Tural Gəncəli həbs edildi VİDEO
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub.
Lent.az-ın məlumatına görə, görüntülərdə onun Prius markalı maşını bir neçə dəfə qəsdlə vuraraq, ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının tələbinə məhəl qoymadığı görünür.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, idarənin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, "Mercedes" markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 Dekabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















