Müğənnidən qorxulu sözlər: Öləcəyimi hiss edirəm
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Türkiyədə rəngarəng geyimləri və dəbdəbəli həyat tərzi ilə tanınan məşhur müğənni Kobra Murat səhhətindəki problemlərdən danışıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsl adı Murat Divandilər olan müğənni son vaxtlar səhhətinin yaxşı olmadığını bildirib.
İstanbulun Balat məhəlləsində yaşayan, həm dərzilik, həm də müğənniliklə məşğul olan sənətçi keçirdiyi əməliyyatların onu xeyli zəiflətdiyini söyləyib.
“Çox pisəm. 13 dəfə əməliyyat keçirmişəm, çox yoruluram. Allah mənə güc verir. Çox dostlarımı da itirmişəm. Dünya fanidir. Bax, çuğundur kimi qıpqırmızı olmuşam. Bəzən mənə elə gəlir ki, öləcəyəm”, – sənətçi bildirib.
Daha əvvəl bağırsağında yaranan çat səbəbindən təcili əməliyyat olunan müğənni sevənlərindən onun üçün dua etmələrini istəyib.
“Allah mənə kömək edir. İnşallah, dualarınız mənimlə olsun”, – o qeyd edib.
Kobra Murat ən böyük arzularından birinin nəvəsinin toyunu görmək olduğunu da açıqlayıb.
“Nəvəmin evləndiyini görüm. Bu qədər çəkdiyim zəhmətin bəhrəsini görmək mənə də qismət olsun. İnşallah, yollarda ölmərəm, səhnələrdə ölmərəm”, – sənətçi bildirib.
Müğənni həyatdan köçdükdən sonra insanların onu necə xatırlamasını istədiyini də dilə gətirib.
“İstəyirəm ki, məni həmişə dua edən, rəngarəng, sevimli kimi bir insan olaraq xatırlasınlar”, – o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 19 Noyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















