Icma.az
close
up
RU
Müğənnidən xərçəng xəstələrinin problemləri ilə bağlı sərt sözlər

Müğənnidən xərçəng xəstələrinin problemləri ilə bağlı sərt sözlər

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Şəhriyar Məhərrəmov Azərbaycanda xərçəng xəstələrinin qarşılaşdığı problemlərlə bağlı fikirlərini bildirib.

Gununsesi.info-nun xəbərinə görə, o, xərçəng diaqnozundan sonra xəstələrin həm tibbi, həm də maddi çətinliklərlə üzləşdiyini bildirib.

“Azərbaycanda bir insanın ən böyük faciələrindən biri, bilirsiniz, nədir? Özünə və ya ailə üzvlərindən birinə xərçəng diaqnozu qoyulması”, – deyə müğənni yazıb.

Şəhriyar Məhərrəmov xərçəng xəstələrinin müayinəsi və müalicəsinin əlçatanlığı məsələsinə diqqət çəkib.

Onun sözlərinə görə, PET/KT müayinəsinin qiymətinin yüksək olması xəstələr üçün ciddi maliyyə yükü yaradır.

Müğənni qeyd edib ki, yaxın qohumlarını dəfələrlə bu müayinəyə aparıb və prosesin içində olub:

“Gədəbəydə yaşayan xəstə də Bakıya gəlməlidir, Qubadakı da, Yardımlıdakı da… Amma məsələ təkcə Bakıya gəlməklə bitmir. Bu müayinənin qiyməti 1500 manatdır. Yəni xəstənin bu məbləği ödəməyə imkanı yoxdursa, müayinə oluna bilmir”.

O, həmçinin kimyaterapiya üçün dərmanların qiymətinin baha olmasından və xəstələrin dərmanları xaricdən, xüsusilə Türkiyədən almağa məcbur qalmasından narazılığını ifadə edib.

Məhərrəmov Azərbaycanda onkoloji xəstəliklər üzrə ixtisaslaşmış və xəstələrin güvəndiyi mütəxəssislərlə bağlı da problemlərin olduğunu vurğulayıb.

“Xərçəng diaqnozu insan üçün onsuz da ağır bir sınaqdır. Heç olmasa insanın qarşısında ikinci bir sınaq olmamalıdır: pul tapmaq, müayinə üçün növbə gözləmək, dərmanı xaricdən gətirmək və müalicə üçün ölkə-ölkə həkim axtarmaq”, – deyə müğənni əlavə edib.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı müzakirələr mərhum jurnalist Əvəz Zeynallının vəfatından sonra davam edir.

Xatırladaq ki, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Əvəz Zeynallı 28 sentyabrda vəfat edib.

O, bu gün Kürdəxana qəbirstanlığında torpağa tapşırılıb.

Elmar
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Sentyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri