Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər

Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun birgə icra etdiyi “Nizami Gəncəvi və Şota Rustaveli ədəbiyyatda və incəsənətdə” beynəlxalq elmi layihəsi çərçivəsində növbəti müşavirə keçirilib.

Bu barədə AZƏRTAC-AMEA-dan bildirilib. Müşavirəni açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq elmi əməkdaşlığın dərinləşdirilməsində xüsusi rola malik olan bu layihənin əhəmiyyətindən danışıb, bu işdə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun və Kembric Universitetinin böyük rolunu və mühüm töhfələrini xüsusi qeyd edib. İlk layihə çərçivəsində işıq üzü görən “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının Bakıda, Tbilisidə və Kembricdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr olunduğunu bildirib. Akademik İsa Həbibbəyli bildirib ki, hazırda layihənin dahi Azərbaycan şairi Nizami Gəncəvi və böyük gürcü mütəfəkkiri Şota Rustavelinin zəngin irsinə həsr olunmuş ikinci hissəsi üzrə son işlər gedir. Akademik AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Gəncə Bölməsinin də layihənin ikinci hissəsinin fəal iştirakçıları olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ikinci hissənin mövzuları artıq geniş müzakirə edilib, tədqiqat prosesi uğurla yekunlaşıb və iştirakçı institutların bu barədə təqdim edəcəkləri hesabatlarla mərhələnin tam başa çatdığını hesab etmək olar. AMEA rəhbəri Rəyasət Heyətində keçirilən ötən görüşdə layihənin üçüncü və dördüncü hissələrinin də əsas istiqamətlərinin müzakirə edildiyini bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, birinci istiqamət kimi Nizami Gəncəvi və Şota Rustavelinin tipoloji müqayisəli təhlili aparılıb, ikinci istiqamət kimi isə “Nizami və Rustaveli Şərq-Qərb ədəbiyyatında” mövzusu təklif olunub. Onun sözlərinə görə, indiyədək geniş tədqiq olunmayan, həm orijinal, həm də elmi baxımdan mühüm əhəmiyyət kəsb edən bu iki mövzu dərindən təhlil ediləcək və bu mövzular layihənin üçüncü və dördüncü hissələrinin mövzularını təşkil edəcək.

Sonra çıxış edən Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani akademik İsa Həbibbəyliyə layihəyə göstərdiyi böyük dəstəyə görə dərin təşəkkürünü bildirib. Gürcü Ədəbiyyatı İnstitutu tərəfindən layihənin rəhbər heyəti və iştirakçıları barədə məlumat verib. Professor bildirib ki, işçi qrupuna ədəbiyyatşünaslarla yanaşı, digər elm sahələrinin təmsilçiləri də daxil edilib. Gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşən İrma Ratiani seçilən yeni mövzuların bir daha müzakirə olunacağını diqqətə çatdırıb. Alim nəşrdə Azərbaycan və gürcü ədəbiyyatı, eləcə də incəsənət nümunələrinin paralel şəkildə təqdim olunacağını qeyd edib.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək institut tərəfindən layihəyə cəlb olunan iştirakçıları təqdim edib. O, ümumilikdə 5 hissədən ibarət olan layihənin strukturunda Azərbaycan və gürcü xalqlarının zəngin incəsənət irsinin, memarlıq və təsviri sənət ənənələrinin hərtərəfli əks olunduğunu bildirib. Gürcü Ədəbiyyatı İnstitutunun direktor müavini professor Maka Elbakidze isə öz növbəsində layihə çərçivəsində görülən işlər barədə məlumat verərək musiqi, teatr, kino, ədəbiyyat və təsviri incəsənət sahələrini əhatə edən materialların sistemləşdirildiyini və tamamlama işlərinin uğurla aparıldığını deyib. O, layihənin bu yaxınlarda tam yekunlaşacağını bildirib və Gürcüstan tərəfindən layihənin təşkilati strukturu barədə məlumat verib.

İclasda layihədə təmsil olunan institutların nümayəndələri – AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru İvane Amirxanaşvili, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova, filologiya elmləri doktoru Zəhra Allahverdiyeva və başqaları layihə ilə bağlı fikirlərini bölüşüblər. Həmçinin layihədə yer alan məruzələrin mövzuları sadalanıb və geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrə yekun vuran akademik İsa Həbibbəyli dekabr ayında layihənin nəticələrinə həsr olunmuş onlayn iclasın keçiriləcəyini qeyd edib. Eyni zamanda, ötən il AMEA-nın Gəncə Bölməsində layihə ilə bağlı keçirilən beynəlxalq konfransın uğurlarını xatırladaraq qarşıda duran vəzifələrin icrası ilə bağlı tövsiyələrini verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri