Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Müğənnilər niyə toyda fonaqrama ilə mahnı oxuyur? SORĞU

Müğənnilər niyə toyda fonaqrama ilə mahnı oxuyur? SORĞU

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hal-hazırda günümüzdə bir çox müğənnilər fonaqrama ilə mahnı oxuyurlar. Halbuki canlı oxumaq qabiliyyəti olan müğənnilər geridə qalır. Eyni zamanda həmin qabiliyyətli müğənnilər kəşf edilmir. Bəs fonaqrama oxuyan müğənniləri cəmiyyət necə qarşılayır? Həmin müğənnilər sevilirmi? SİA bu barədə vətəndaşların fikrini alıb.

Şəhər sakini Saxavət Əliyev: "Mən fonaqrama oxuyan müğənnilərə çox yaxşı baxıram. Müğənnilərin irəli getməsi daxili bacarıqlarına görə tənzimlənir. Bəzi insanlar var ki, deyir "Mənim səsim çox yaxşıdır, təhsilim çox yaxşıdır, niyə burdayam?".
Mənim fikrimcə bütün hər şey şəxsi bacarıqdan asılıdır. Bu gün bir insanın səsi yoxdursa, o demək deyil ki, o bu sənətdə inkişaf etməyəcək. O da təbii ki, hər kəs kimi çörəyin qazanmalıdır. Mən buna qətiyyən pis baxmıram".

Şəhər sakini Nazim Ağayev: "Mən fonaqrama oxuyan müğənnilərə çox pis baxıram. Fonaqrama verilən mahnılara insan evində də qulaq asa bilər. Günümüzdə bütün mahnılar disklərə yazılır. Müğənninin əgər cəsarəti varsa, səsi, səhnə gözəlliyi varsa hökmən canlı oxumalıdır. Bundan başqa çarə yoxdur. Belə olan halda, digər canlı oxuyan müğənniləri belə gözümüzdən salırlar".

Şəhər sakini Akif Muradov: "Düzünə qalsa mənim bu kimi hallardan məlumatım yoxdur. İndiki müğənnilərə isə elə də çox qulaq asmıram. Buna baxmayaraq indiki müğənnilərin yaxşı oxuyanı, pis oxuyanı da var. Yenə də bu sahə ilə maraqlanmıram. Təbii ki, mənim xoşuma gəlməz səsi olmayan müğənni fonaqrama oxuyaraq irəli getsin. Hal-hazırda demək olar ki, 80% müğənninin səsi yoxdur. Hamısı səslərini kompüterlə düzəldirlər".

Şəhər sakini Nəxayət Hüseynova: "Mən fonaqrama oxuyan heç bir müğənniyə yaxşı baxmıram. Mənim fonaqrama ilə oxuyan müğənnilərdən xoşum gəlmir. Canlı oxumaq tamamilə başqa şeydir. Yəqin ki, müğənnilərin imkanları yoxdur ki, irəli getsinlər. Bizlər Sovet dövründən qalan insanlarıq. Bizi əvvəlki müğənnilər olan - Zeynəb Xanlarova, Rəşid Behbudov, Gülağa Məmmədovu bəyənirik. İndiki müğənnilər şən mahnılar oxuyur".

Şəhər sakini Şahnaz Bayramova: "Hər müğənninin səsinin olub-olmadığını bilmirəm. Amma fonaqrama da oxuyan müğənnilərə normal baxıram. Fonaqrama ilə oxuya bilirlərsə lap yaxşı. Necə olur ki, canlı oxuya bilən müğənnilər arxada qalır. Amma bir məsələdə var ki, efirlər bütün oxuyan müğənniləri çağıra bilmir. Bəlkə də bütün bu hallar ona görədir. Son zamanlar müğənnilərin mahnılarına isə halım olduqca qulaq asa bilirəm".

Şəhər sakini Həqiqət Xanım: "Müğənnilər canlı oxusalar daha yaxşı olar. Hər halda onların səsləri olsa canlı oxuyarlar. Son zamanlar isə trenddə olan mahnıların heç birini bəyənmirəm. Mənim fikrimcə, müğənni canlı oxumalıdır. Həmçinin səviyyəli bəstəkar mahnıları oxumalıdır".

Şəhər sakini Əlizadə Zəka: "Mən demək olar ki, müğənniləri tanımıram. Amma fikrimcə, fonaqrama oxuyan müğənnilərin hərəkəti düzgün deyil.
Adətən müğənnilər səs artisti kimi təqdim olunur. Bu səs artistləri canlı oxusalar daha yaxşı olar. Muğam tipli oxuyan müğənnilərə baxsaq, məsələn, Alim Qasımov o qədər professional oxuyur ki, o oxuyan zaman musiqi alətini belə saxlayırlar. Yəni mahnını oxumağa öz səsi kifayət edir. Fikrimcə, səs sənətkarı elə olmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri