“Müharibə daha tez başlayacaqdı, biz gecikdirdik”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və ABŞ-nin İrana birgə hücumları ilə bağlı diqqətçəkən açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, o, Türkiyənin bu müharibəni gecikdirən tərəf olduğunu bildirib.
Nazirin sözlərinə görə, tərəflərə yaradıcı həll yolları təklif olunub: “Əslində, müharibə daha tez başlayacaqdı, biz öz səylərimizlə onu gecikdirdik. Bəlkə də bir nəticəyə çatmaq olardı, amma köhnə üsula qayıtmağı üstün tutdular. İranlılar danışıqların davam etdiyi bir vaxtda müharibənin başlamasını diplomatiyaya xəyanət kimi qiymətləndirirlər. Bundan sonra nə baş verəcəyini ciddi şəkildə düşünməliyik. Çünki İsrail və ABŞ gələcəkdə də təhlükə yaradacağı üçün İranın qarşısını almağa çalışacaq”.
Hakan Fidan İranın Türkiyəyə hücum ehtimalına da münasibət bildirib: “Bunu tək İran məsələsinə görə yox, həmişə deyirəm ki, Türkiyə özünü qoruyacaq. Bizim bunu etmək üçün həm iradəmiz, həm də qabiliyyətimiz var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 Mart 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















