Icma.az
close
up
RU
Müharibə davam edir, qaz bahalaşır

Müharibə davam edir, qaz bahalaşır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 mart, AZƏRTAC

Dünya enerji bazarında ticarət günü qazın 1000 kubmetrinin 800 dollara kimi yüksəlməsi ilə başladı. Dünya bazarını 20 faiz sıxılmış qaz (LHG) ilə təmin edən “Qatar Energy” dövlət şirkəti yalnız qaz deyil, ümumiyyətlə, neft və kimya məhsulları istehsalını dayandırdığını bəyan etdikdən dərhal sonra Niderlandakı TTF birjasında qazın qiymətləri kəskin şəkildə artdı.

AZƏRTAC xəbər verir ki, dünya qaz bazarında 2022-ci ildə baş verənlər təkrarlanır. Məsələ burasındadır ki, 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayanda Avropada təbii qazın qiyməti 1000 kubmetrə görə 4000 dollara kimi artmışdı. Lakin həmin dövrdə Avropa qaz idxalını şaxələndirməmişdi. Azərbaycanın strateji hesab edilən Cənub Qaz Dəhlizi də tam gücü ilə fəaliyyət göstərmirdi. Digər tərəfdən ABŞ və Qətər Avropaya məhdud həcmdə qaz ixrac edirdilər. Çünki Avropanın qaza olan tələbatının 45 faizini Rusiya təchiz edirdi. Rusiya qazından tamamilə imtina edən Avropa İttifaqı (Aİ) qısa müddət ərzində qaz təchizatını şaxələndirdi. Ötən il Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya 14 milyard kubmetr qaz ixrac etdi. 2027-ci ilə kimi Azərbaycanın Avropaya qaz ixracının həcmi 20 milyard kubmetrə çatdırılacaq. Bu gün Azərbaycan 2-sı Aİ üzvü olmaqla 16 Avropa ölkəsini təbii qaz ilə təmin edir. Digər tərəfdən Aİ Norveç və Niderlandakı qaz yataqlarında hasilatı intensivləşdirdi və ABŞ ilə Qətərdən sıxılmış qaz idxalını artırdı. Bu tədbirlər qazın qiymətini sabitləşdirdi. Cari ilin qız aylarının soyuq keçməsi qazın qiymətinə təsir etsə də, böhran yaratmadı. Avropa böhranlı illərin təcrübəsindən çıxış edərək qaz anbarlarını 100 faiz doldurmuşdu. Lakin qeyd etdiyimiz kimi, qışın sərt keçməsi tələbatı artırıb və anbarlar boşalıb. Havaların sabitləşməsi ilə əlaqədar tələbatın azalmasından istifadə edən şirkətlər qaz tədarükünə yenicə başlamışdılar ki, ABŞ ilə İsrail İrana qarşı hərbi əməliyyatlara başladı və Hörmüz boğazını İran hərbçiləri bağladılar. Şirkətlər anbarlara yalnız 30 faiz qaz tədarükü edə bildilər. Anbarların yarıdan az olması və idxalın dayanması qiymətin kəskin artmasına səbəb oldu. Analitiklər hesab edir ki, hərbi əməliyyatlar uzun müddət davam etsə, qiymətlər daha da artacaq. Hər halda 2022-ci ildəki kimi 4000 min dollara çatmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri