MÜHARİBƏ DAYANDIRILDI! Atəşkəs barədə razılığa gəldilər KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Livan və İsrail nümayəndələri ABŞ-də keçirilən danışıqların yekununda atəşkəs rejiminin icrası ilə bağlı razılıq əldə ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, tərəflər iyunun 2-3-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparıblar.
Bəyanata əsasən, razılaşma “Hizbullah”ın atəşi tam dayandırması və təşkilatın Litani çayının cənubundakı bütün qüvvələrini bölgədən çıxarması şərti ilə həyata keçiriləcək.
Dövlət Departamentinin məlumatına görə, tərəflər ABŞ-ın vasitəçiliyi ilə yaxın vaxtlarda pilot layihə kimi Livan ordusunun nəzarətində olacaq və qeyri-dövlət silahlı qrupların iştirak etməyəcəyi xüsusi zonaların yaradılmasına başlamaq barədə də razılığa gəliblər.
Qeyd olunub ki, bu addımlar sülh və təhlükəsizliklə bağlı hərtərəfli razılaşmanın əldə olunmasına şərait yarada bilər.
Tərəflər həmçinin iyunun 22-dən başlayacaq həftədə siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər. ABŞ isə bu müddətdə tərəflər arasında əlaqələndirici rol oynayacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 İyun 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















