Icma.az
close
up
RU
Müharibə ətraf mühiti necə məhv edir?

Müharibə ətraf mühiti necə məhv edir?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bu gün dünyada baş verən müharibələr təkcə insanlara deyil, həm də təbiətə və iqlimə də ciddi zərər vurur.

Partlayışlar, kimyəvi silahların istifadəsi, neft və sənaye obyektlərinin məhv edilməsi ekosistemləri dağıdır, atmosferə təhlükəli qazların yayılmasına səbəb olur.

Müharibələr nəticəsində torpaq və su hövzələri çirklənir, biomüxtəliflik azalır. Təbiətə vurulan zərbə isə iqlim dəyişikliklərini sürətləndirir.

Maraqlıdır, müharibələr ətraf mühitə necə zərər vurur? Kimyəvi silahlar və partlayışlar iqlim dəyişikliklərinə səbəb ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında ekoloq Fikrət Cəfərov bildirib ki, müharibələr birbaşa ətraf mühiti və təbiəti məhv edir:

“Bu gün dünyada elə bir vəziyyət yaranıb ki, müharibələrin ekoloji fəsadları qaçılmazdır. Afrika, Mərkəzi Asiya, İsrail, Suriya və digər münaqişə bölgələrində baş verən müharibələr ətraf mühitə ciddi ziyan vurur.

İlk öncə atmosferə həddindən artıq çirkləndirici maddələr atılır. Hər bir partlayış, raketin buraxılması və onun partlaması nəticəsində atmosferə toksik maddələr yayılır. Bu maddələr istixana effektini daha da gücləndirir.

Döyüş zamanı istifadə olunan hərbi texnika, partlayışlar və digər hərbi fəaliyyətlər ətraf mühitə, təbiətə, flora və faunaya ciddi ziyan vurur. Bunun bərpası üçün isə həm çoxlu vəsait, həm də uzun zaman tələb olunur. Hər səhər Allaha yalvarıram ki, Qafqazda, xüsusilə də Azərbaycanda həmişə sülh olsun və biz dinc şəraitdə yaşayaq.

Məsələn, İraqdakı döyüşlərdən sonra ciddi ekoloji fəlakət yaşandı. Orada 200-dən çox neft qurğusu yandı və atmosferə böyük həcmdə tüstü və toksik maddələr yayıldı. Həmin vaxt belə bir sual yaranmışdı ki, bu zərərli təsirlər Qafqaza da çata bilərmi? Şükürlər olsun ki, külək istiqaməti elə oldu ki, həmin tüstü və çirkləndirici maddələr bizim bölgəyə çatmadı.

Lakin iki ay boyunca İraq və onun ətrafında yerləşən ölkələrdə atmosfer havası son dərəcə çirklənmişdi. Bu, bir daha sübut edir ki, tək bir döyüş belə həmin ərazidə yaşayan insanlara uzun müddət ciddi çətinliklər yarada bilər”.

Onun sözlərinə görə, hərbi texnika və silahların istifadəsi atmosferə istixana qazlarının buraxılmasını dəfələrlə artırır:

“Bu gün İsrail demək olar ki, Fələstini tamamilə dağıdıb, yaşayış yerləri və yaşıllıqlar məhv edilib. Ukraynada gedən döyüşlər də ekoloji fəlakətə səbəb olub. İki dəfə tanker yanıb və mazut Qara dənizə tökülüb. Nəticədə, Krasnodar sahillərində ciddi ekoloji böhran yaşanır.

Nə qədər quş və dəniz canlıları məhv olub.Biz Bakıda deyirik köhnə avtomobilləri istifadədən çıxarmaq lazımdır ki, onlar havaya həddindən artıq tullantılar buraxır. Lakin Ukraynada hər gün minlərlə ağır texnika işləyir, bu da atmosferə həddindən artıq zərərli tullantı buraxır.

Bu danımaz faktdır. Heç kim bunun dəqiq hesablamasını aparmır. Lakin hesablasalar, Ukraynanın və Rusiyanın atmosfer havasının 2-3 dəfə pisləşdiyini görmək mümkündür. Mən təxmini olaraq 2-3 dəfə deyirəm, amma bunu dəqiq ölçmək və hesablamaq lazımdır.

Hazırda Azərbaycan müharibə bölgələrindən bir qədər uzaqdadır, lakin bunun bizə təsiri mümkünsüz deyil. Tarixdən məlumdur ki, Çernobıl hadisəsi (Çernobıl qəzası adı verilən hadisə 1986-cı il aprelin 26-da gecə yarısı Ukraynanın şimalında, Belarus sərhədi yaxınlığında Pripyat şəhəri ətrafında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş verib) zamanı radioaktiv maddələr bizim ərazilərə gəlib çatmadı, amma Gürcüstana təsir etdi. Gürcüstana təsir edirsə, demək biz də müəyyən qədər zərərli təsirə məruz qalmışıq. Eyni vəziyyət bu gün də baş verir.

Təbiətin özünü bərpa etməsi üçün ən azı 10-15 il vaxt lazımdır. Üstəlik, dağılmış ekosistemlər əvvəlcə qiymətli bitki və heyvan növləri ilə deyil, kolluqlar və alaq otları ilə bərpa olunmağa başlayır. Tədricən ekosistemlər əvvəlki vəziyyətinə qayıda bilər, lakin bu, uzun illər və böyük səylər tələb edir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri